Avq 23, 2015 18:46 Asia/Baku
  • İngiltərənin xarici işlər naziri İranın neft naziri ilə görüşüb
    İngiltərənin xarici işlər naziri İranın neft naziri ilə görüşüb

İngilis şirkətlərin iştirakı və investisiyası İranın neft naziri ilə İngiltərənin xarici işlər nazirinin Tehranda keçirilən görüşündə araşdırılıb.

İngiltərənin xarici işlər naziri Filipp Hamond bazar günü Tehranda İranın neft naziri Bijən Namdar Zəngənə ilə görüşdə həmin ölkənin İranla xam neft alqı-satqısı, ingilis şirkətlərin İranın neft və qaz sənayesində investisiyaları, texnologiyanın köçürülməsi və maye qazın birgə istehsalı kimi qtisadi həmkarlıqları genişləndirmək üzrə iradəsinə təkid edib.
IRIB-nin məlumatına görə, İranın neft naziri Bijən Namdar Zəngənə də bu görüşdə İran-İngiltərə iqtisadi münasibətlərinin Qərbin birtərəfli sanksiyalarından öncəki adi prosesə qayıtmasını alqışlayaraq, sanksiyalardan sonrakı xüsusiyyətlərlə İranın neft və qaz sənayesində xarici investisiya fürsətləri və qanun-qaydaları şərh edib.
O, sentyabr ayında Londonda İranın neft və qazı konfransının keçirilməsinə toxunaraq, İranın nefti və qaz müqavilələrinin yeni modellərindən xəbər tutmaq və yeni investisiya fürsətlərindən xəbərdar olmaq üçün ingilis şirkətlərin bu konfransda iştirakını istəyib.
İngiltərənin xarici işlər naziri Filipp Hamond bazar günü Tehrana daxil olub və İranın neft naziri ilə görüşdən öncə İngiltərə səfirliyi məkanına gedərək, bu səfirliyi yenidən açıbdır.

Teqlər