İran və İngiltərə səfirlikləri yenidən açılıb
Avq 23, 2015 19:04 Asia/Baku
İran və İngiltərə səfirlikləri təqribən dörd ildən sonra sabit müvəqqəti işlər vəkili səviyyəsində yenidən açılıb.
İngiltərənin Tehrandakı səfirliyi bu ölkənin xarici işlər naziri Filipp Hamondun və bir neçə ingilis rəsminin iştirakı ilə səfirlik məkanında yenidən açılıb.İngiltərənin Tehrandakı səfirliyi 2011-ci ildə etirazçı tələbələrin İngiltərənin İrandakı müdaxilə mahiyyətli siyasətlərinə etiraz olaraq onun ərazisinə daxil olmalarından sonra bağlanmışdı.
İranın Londondakı səfirliyinin yenidən açılması mərasimi də İranın İngiltərədəki səyyar müvəqqəti işlər vəkili Məhəmməd Həsən Həbibullahzadənin, bir qrup ingilis və iranlı qonağın iştirakı ilə yenidən açılıb.
Məhəmməd Həsən Həbibullahzadə ISNA xəbər agentliyi ilə müsahibədə İngiltərənin xarici işlər naziri Filipp Hamondun qarşıdakı aylarda müvəqqəti işlər vəkili səviyyəsinin səfir səviyyəsinə yüksələcəyinə dair sözləri barədə əlavə edib: Hələlik bu barədə razılıq və söhbət edilməyib və iki ölkə əlaqələri müvəqqəti işlər vəkili səviyyəsindədir.