Avq 24, 2015 21:10 Asia/Baku
  • ِDavamlı münasibət Tehran-Britaniya maraqlarının təmin edicisidir
    ِDavamlı münasibət Tehran-Britaniya maraqlarının təmin edicisidir

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi etimadın yaradılmasına və qarşılıqlı ehtirama söykənən davamlı münasibətlərinə gətirib çıxaran hərəkəti Tehran- Britaniya marqlarının təmin edicisi adlandırıb.

Əli Şəmxani bu gün
Tehranda İngiltərənin xarici işlər naziri Filip Hamond ilə görüşdə Qərb tərəfindən bəzi qeyri- aparıcı anlaşılmazlıqlardan uzaqlaşmaq və anormal baxışlar səmtini dəyişməyin vacibliyini vurğulayaraq deyib: İran qüdrəti , xalq, rəhbərlik , balansı regional və beynəlxalq siyasətlər xüsusilə də sabitlik yaradan dayaqdan mənşə almışdır və bu mövzunun hfəqiqi və düzgün dərk edilməsi yeni əməkdaşlıqların başlanğıcını asanlaşdırır.
Şəmxani söhbətinin digər bir hissəsində regionda təkfirçi terrorizmin formalaşmasının mənşəyinə və bu sahədə Qərbin bəzi müttəfiq ölkələrinin oynadığı roluna işarə edərək deyib: Suriyada Bəşşar Əsəd hakimiyyəti müxaliflərinin silahlandırılmasının təhlükəli addım olması barədə İranın etdiyi ciddi xəbərdarlıqlar bəzi ölkələrin laqeyd yanaşması müxtəlif terrorçu qrupların formalaşmasına bais olub ki region ölkələrində geniş m adi və humanitar zərərləri töhfə gətirməklə yanaşı misli görünməmiş bir böhranın yaranmasına zəmin yaratdı .
İSNA-nın məlumatına əsasən İngiltərənin xarici işlər naziri də Tehran – London münasibətlərində yeni bir fəslin açılmasından sevincini qeyd edərək vurğulayıb: Müxtəlif məsələlərin həllində o cümlədən terrorizmə qarşı mübarizədə regionun güclü bir dövlət kimi tanına İİR həll edici rola malikdir.

Teqlər