Avq 27, 2015 14:57 Asia/Baku
  • Əli Şəmxani
    Əli Şəmxani

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi deyib ki, İran regionun ən təhlükəsiz və səbatlı ölkəsidir.

IRIB-nin məlumatına görə, İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani cümə axşamı günü Tehranda Müdafiə üzrə Strateji Araşdırma Mərkəzində Milli Qüdrət, Həmrəylik və Yekdillik konfransında düşmənlərin İranın daxilinə nüfuz üzrə fitnələri haqda deyib: İranın silahlı qüvvələri heç vaxt əcnəbilərin nüfuzuna icazə verməyəcəklər.
Şəmxani İran rəsmilərinin İslam İnqilabının Böyük Rəhbərinin düşmənin nüfuzu barədəki xəbərdarlığı qarşısındakı vəzifələri haqda söyləyib: Rəqibin manevr qüdrətini zəiflədən müsbət və mənfi amillər aktivləşdirilməlidir.
İran Milli Təhlükəsizlik Ali Şurasının katibi həmçinin düşmənin İran iqtisadiyyatını hədəfə almasına toxunaraq, deyib: Düşmənin səyi, iqtisadi və məişət dayaqlarını zəiflətmək və İran iqtisadiyyatında sürətli əməliyyat icra etməkdir ki, bu fitnə zərərsizləşdirilməlidir.

Teqlər