Bəidinejad: Nüvə müzakirələrinin yekunu, uduş-uduşdur
Avq 30, 2015 20:09 Asia/Baku
-
Həmid Bəidinejad
İran Xarici İşlər Nazirliyinin siyasi və beynəlxalq məsələlər şöbəsinin müdiri deyib ki, nüvə hüququ və sənayesinin qorunması İranın altı qüdrətlə nüvə müzakirələrində uduşu olub.
İran Xarici İşlər Nazirliyinin siyasi və beynəlxalq məsələlər şöbəsinin müdiri Həmid Bəidinejad bazar günü axşam Tehranda bir mətbuat konfransında vurğulayıb: Vyanada nüvə sahəsində əldə olunmuş razılaşmanın nəticəsi, uduş-uduşdur.Bəidinejad söyləyib: Qarşı tərəf çalışırdı ki, İranın dinc nüvə fəaliyyətlərini sanksiyaları əsaslandırmaqla təsir altına alsın, halbuki İran heç vaxt hərbi nüvə proqramına malik olmayıb və deyildir.
İran Xarici İşlər Nazirliyinin siyasi və beynəlxalq məsələlər şöbəsinin müdiri ABŞ konqresinin nüvə müzakirələri ilə rəftar tərzi barədə deyib: Konqresin nümayəndələri nüvə müzakirələri barədə qərar çıxarmaq üçün bir müddət fürsətə malikdirlər və indidən pozmaq kəlməsindən danışmaq olmaz və Amerikanın nüvə müzakirələri barədə vahid qərara malik olacağı zaman gələcək ssenarilər haqda danışmaq olar.