Sen 01, 2015 15:30 Asia/Baku
  • General-leytenant Cəfəri: Sepah Müqavimət düşmənləri ilə mübarizə edəcək
    General-leytenant Cəfəri: Sepah Müqavimət düşmənləri ilə mübarizə edəcək

Sepah-ın baş komandanı deyib ki, bu orqan Müqavimət cəbhəsi qarşısında duran kəslərin qarşısında var gücü ilə dayanıbdır.

IRIB-nin məlumatına görə, general-leytenant Məhəmməd Əli Cəfəri çərşənbə axşamı günü Tehranda bir mətbuat konfransında bildirib: Düşmənin nüfuz yollarından biri, region ölkələrinə təsirgöstərmə, onları parçalama və bu ölkələri nəzarətə almaqdır və bu hədəfə çatmaq üçün etnik və daxili ixtilaflardan istifadə edir.
Cəfəri əlavə edib: Sepah birbaşa addımlardan əlavə, region ölkələrinin irəli sürəcəkləri hər cür istəyi İranın silahlı qüvvələrinin imkanı daxilində düşmənin məğlub edilməsi üçün həyata keçirəcək.
Sepah-ın baş komandanı bildirib ki, düşmənlə mübarizənin yeganə yolu, hərbi qüdrətin qorunması və genişləndirilməsi, eləcə də İran İslam Respublikasının silahlı qüvvələrinin hazırlığıdır. O, deyib ki, bu qüvvələr yüksək hərbi hazırlığa malikdirlər və onların qüdrəti əsla müharibədən sonrakı illərlə müqayisə ediləsi deyil.
General-leytenant Cəfəri habelə Amerikanın hələ də İran xalqının düşməni və istismarçı olduğunu qeyd edərək, deyib: Regiondakı inqilabçılar İslam İnqilabından ilham alaraq, dünyanın zallım qüvvələri və sionizm qarşısında müqavimət göstərirlər.
Sepah-ın baş komandanı bildrib ki, Qüdsü işğal etmiş rejim üçün heç bir təhlükəsizlik təmin olunmayacaqdır.

Teqlər