Rəhbərlik Xübreqanı Məclisinin iclası başa çatıb
Sen 03, 2015 08:39 Asia/Baku
Rəhbərlik Xübreqanı Məclisinin 18-ci iclası bir bəyanat yayaraq, işini başa vurub.
Rəhbərlik Xübreqanı Məclisinin üzvləri çərşənbə günü bir bəyanat yayaraq, İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in amalları ilə bir daha beyət edib, xarici və daxili fitnələr və dünyanın zalım qüvvələrinin hücumları qarşısında ən möhkəm sədd kimi Vilayəti Fəqihi himayəni vurğulayıblar.Bəyanatda deyilir ki, Rəhbərlik Xübreqanı Məclisinin üzvləri İran xalqının müxtəlif təbəqələrini Rəhbərlik Xübreqanı Məclisinin beşinci dövrü və İslam Şurası Məclisinin onuncu seçkilərində qəhrəmancasına iştiraka və İslam İnqilabının yeni qızılı səhifəsini açmağa çağırırlar.
Rəhbərlik Xübreqanı Məclisinin üzvləri həmçinin ölkənin elmi hərəkətinin davam etməsi üzrə proqramlaşdırma, sağlamlıq layihəsinin icrası və inflyasiyanın azaldılması sahəsindəki zəhmətlərinə görə, İran dövlətinə təşəkkür və əcnəbilərin nüfuz etmələri qarşısında sayıq olmağa və dünyanın zalım qüvvələri, xüsusilə böyük şeytan Amerika və qəsbkar sionist rejim ilə mübarizəyə təkid ediblər.
Bəyanatda İranın nüvə müzakirə komandasının səyləri yüksək qiymətləndirilərək, Milli Təhlükəsizlik Ali Şurası və İslam Şurası Məslisinin üzvlərindən istənilibdir ki, İranın dinc nüvə texnologiyası və elmi nailiyyətlərinin qorunması istiqamətində və İslam İnqilabının Böyük Rəhbərinin göstərişləri, quruluşun qırmızı xətləri və Əsas Qanunun prinsiplərinə riayət edib, milli birliyi qorumaqla müştərək addım üzrə əhatəli proqramı diqqətlə araşdırsınlar.
Həmçinin bu bəyanatda dünyanın zalım qüvvələri və onların müttəfiqlərinin islami ölkələrin parçalanması istiqamətindəki nəhs fitnələri, xüsusən Səudiyyə Ərəbistanının Yəmənin müdafiəsiz və məzlum xalqına qarşı cinayəti və Fələstin, İraq, Suriya, Bəhreyn və Yəməndə əmin-amansızlıq yaratma və müsəlmanların qırğın edilmələri üçün təkfirçi canilərə kömək pislənilibdir.
Rəhbərlik Xübreqanı Məclisinin 18-ci iclası çərşənbə axşamı günü bu məclisin sədri ayətullah Məhəmməd Yəzdinin sədrliyi ilə Tehranda işə başlamışdı.
Rəhbərlik Xübreqanı Məclisinin üzvləri cümə axşamı günü İslam İnqilabının Dahi Rəhbərinin pak hərəmini ziyarət etdikdən sonra İslam İnqilabının Böyük Rəhbəri ilə görüşməlidirlər.