Sen 03, 2015 09:41 Asia/Baku
  • İran-Azərbaycan iqtisadi həmkarlıqları vurğulanıb
    İran-Azərbaycan iqtisadi həmkarlıqları vurğulanıb

İranın Azərbaycan Respublikasındakı səfiri deyib ki, iki ölkə arasındakı iqtisadi əməkdaşlıqlar yolunda duran maneələr aradan qaldırılacaq.

Mohsen Pak Ayin çərşənbə günü İranın Ərdəbil ostanında Fars xəbər agentliyi ilə müsahibədə əlavə edib: Son nüvə razılaşmasının icra mərhələsinə daxil olmasından sonra İran-Azərbaycan iqtisadi fəaliyyət və həmkarlıqları yolundakı bütün maneələr aradan qaldırılacaq.



Pak Ayin Bakıda iclasın keçirilməsi ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən iranlı iş adamları və iqtisadi fəalların problemlərinin araşdırıldığını bildirərək, söyləyib: İki ölkə arasında iqtisadi münasibətlərin inkişafı üçün münasib fürsət yaranıb və iranlı iş adamlarının bu fürsətdən istifadə etmələri zəruridir.



O, qonşularla əlaqələrin gücləndirilməsini İran İslam Respublikasının prioritetlərindən adlandıraraq, belə qeyd edib: Azərbaycan Respublikası İranın strateji dostlarından biridir və iki ölkənin iş adamları iqtisadi münasibətlərin güclənməsi üçün səy göstərməlidirlər.



İranın Azərbaycan Respublikasındakı səfiri İranın Azərbaycan Respublikası ilə turizm, nəqliyyat, ticarət və enerji sahələrində əlaqələri genişləndirməyə hazır olduğunu deyərək, vurğulayıb ki, İran özünün Araz və Maku azad ticarət məntəqələrində, eləcə də Fars Körfəzi və neftlə münbit məntəqələrində Azərbaycan Respublikasından olan investorlar üçün şərait yaradacaqdır.



Teqlər