Sen 03, 2015 14:05 Asia/Baku
  • Laricani İtaliya və Azərbaycan Respublikasının parlament sədrləri ilə görüşüb
    Laricani İtaliya və Azərbaycan Respublikasının parlament sədrləri ilə görüşüb

İran və İtaliyanın parlament sədrləri iqtisadi əməkdaşlıqların inkişafını vurğulayıblar.

IRIB-nin məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani italyan həmkarı xanım Laura Bulderini ilə görüşdə italyan şirkətlərin İranın enerji sahəsindəki fəaliyyət keçmişinə toxunaraq, deyib ki, İranın nefti və qazı italiyalı şirkətlərin fəaliyyət göstərə biləcəkləri investisiya bölmələrindəndir.


Laricani terrorizmlə mübarizənin həssas nöqtəyə çatdığını bildirərək, deyib: Əsas problem budur ki, bəzi ölkələr zahirdə terrorizmi pisləsələr də, əməldə onların maliyyə və hərbi himayəçiləridirlər.


İtaliyanın parlament sədri xanım Laura Bulderini də nüvə razılaşmasının əlaqələrin inkişafı üçün münasib fürsət yaratdığını deyərək, İranla ictimai-mədəni həmkarlıqların genişləndirilməsini istəyib.


Laura Bulderini İran İslam Şurası Məclisinin sədrini İtaliyaya səfərə dəvət edərək, parlament əlaqələrinin gücləndiirilməsi vacibliyini vurğulayıb.


İran İslam Şurası Məclisinin sədri həmçinin Azərbaycan Respublikası Milli Məclisini sədri Oktay Əsədovla görüşüb, iki qonşu ölkənin qədim əlaqələrinə və dini və mədəni ortaqlıqlarına işarə edərək, xüsusən siyasi və iqtisadi sahələrdə əlaqələrin genişləndirilməsini vurğulayıb.


Laricani Azərbaycan Respublikasını İran qazının Avropaya nəqli üçün münasib marşrut adlandıraraq, neft və qaz sahələrində yaxın əməkdaşlıqların daha da güclənidirilməsini istəyib.


Azərbaycan Respublikası Milli Məclisini sədri Oktay Əsədov da İran İslam Şurası Məclisinin sədrini Bakıya səfərə dəvət edərək, qaz kəmərinin çəkilişi ilə bağlı ölkəsi ilə avropalı tərəflər arasında məşvərətlərin başlanmasından xəbər verib.


Oktay Əsədov ipək yolunun Türkiyə və Gürcüstan vasitəsilə bərpasını ölkəsinin İranla mübadilələrinin inkişafı üçün digər bir fürsət adlandırıb və bildirib ki, Azərbaycan Respublikası dəmir yolunun İran Astarasına uzanan iyirmi kilometrinin təkmilləşməsi ilə bu sahədə mühüm dəyişiklik baş verəcək.

Teqlər