Sen 03, 2015 16:52 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbərinin bəyanatı
    İslam İnqilabının Böyük Rəhbərinin bəyanatı

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei cümə axşamı günü səhər Rəhbərlik Xübreqanı Məclisinin sədri və üzvləri ilə görüşdə İran İslam Şurası Məclisinin müştərək addım üzrə əhatəli proqramın araşdırılması məsələsinə daxil olması vacibliyini vurğulayıblar. O həzrət qeyd ediblər ki, müştərək addım üzrə əhatəli proqramın araşdırılması, qəbul və ya rədd edilməsi tərzi barədə məclisə heç bir tövsiyələri yoxdur.

Həzrət Ayətullahuluzma Xamenei Amerika rəsmilərinin sanksiyaların çərçivəsinin qorunub saxlanılmasına dair sözləri barədə vurğulayıblar ki, müzakirələrdə məqsəd, sanksiyaların götürülməsi idi. Əgər biz müzakirələrdə bəzi hallarda güzəştə getdik və bəzi imtiyazlar verdiksə, ona görə idi ki, sanksiyalar götürülsün, əks halda malik olduğumuz on doqquz min sentrifuqanı qısa zamanda əlli-altmış min sentrifuqayadək çatdıra və zənginləşdirməni də iyirmi faizədək davam etdirə bilərdik.



Həzrət Ayətullahuluzma Xamenei həmçinin amerikalıların gözlədikləri nümunələrdən birinin bəyanında deyiblər ki, Amerikaınn regiondakı siyasətlərindən biri, müqavimət qüvvələrinin tam şəkildə məhvi və Suriya və İraqa tam surətdə yiyələnməkdir və gözləyirlər ki, İran İslam Respublikası bu çərçivəyə daxil olsun, amma əsla belə bir hadisə baş verməyəcəkdir.



O həzrət həmçinin dünyanın zalım qüvvələrinin ölkələrin başçıları, qərar çıxaranları və qərar yaradanlarına öz saxta söz və ifadələrini qəbul etdirmələri ilə bağlı mühüm cəhətləri qeyd ediblər.



İnqilab Rəhbərinin təbirincə, hegemonçuluq sisteminin lüğətində terrorizm və insan haqları kimi kəlmələrin xas mənası var. Bu lüğətdə Yəmən xalqına qarşı altı aylıq ardıcıl hücumlar və günahsız Qəzzə əhalisinin qırğın olunması terrorizm deyil və səs haqqına malik olmaq istəyinə görə, Bəhreyn xalqının yatırdılması insan haqlarının pozulması sayılmır!



İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Hegemonçuluq sisteminin lüğətində Livan və Fələstində Müqavimətin qanuni müdafiəsi terrorizm hesab olunur, lakin regionda müstəbid və Amerikaya yaxın ölkələrin hərəkətləri insan haqlarına zidd deyil!



Həzrət Ayətullahuluzma Xamenei qeyd ediblər ki, bu lüğətdə sionistlərin təqribən açıq şəkildə etiraf etdikləri və bəzi Avropa ölkələrinin də bu hərəkətin dəstəklənməsindəki rollarını boyunlarına aldıqları nüvə alimlərinin terror edilmələri terrorizm sayılmır.

Teqlər