Laricani Nyu-Yorkda mətbuat konfransı verib
Sen 04, 2015 09:31 Asia/Baku
İran İslam Şurası Məclisinin sədri deyib ki, nüvə razılaşması mətni əsasında əgər 5+1 qrupu öz öhdəliklərinə əməl etməzsə, İran da öz öhdəliklərinin icrasında bir icbarilik görməyəcək.
IRIB-nin məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani cümə axşamı günü Nyu-York səfərinin sonunda bir qrup amerikalı media mənsubu və müxbirlər qarşısında deyib ki, amerikalılar nüvə müzakirələrində sanksiyaların götürülməsi sahəsində zorakılıq etdilər, amma İran özünün bəzi hüquqlarını bu razılaşmda yerləşdirə bildi və bütövlükdə bu müzakirələr müsbət idi.O, sonra deyib ki, İran konstitusiyasına əsasən, bu razılaşma İran İslam Şurası Məclisində araşdırılacaq və sonda məclis onun barəsində qərar çıxaracaq.