İran və Avstriyanın iqtsadiyyat nazirləri bir araya gəliblər
Sen 09, 2015 11:00 Asia/Baku
İran İslam Respublikası və Avstriyanın iqtisadiyyat nazirləri sanksiyaların ləğvindən sonra iki ölkə arasında əməkdaşlıqların genişləndirilməsi yolları barədə danışıqlar aparıblar.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın iqtisadiyyat və maliyyə naziri Əli Təyyibniya bu gün Avstriyanın iqtisadiyyat naziri Reinhold Mitterlehnerlə Tehranda görüşdə deyib: İki ölkə əlaqələri həmişə dostluq və müsbət əlaqələr olmuşdur.İranın iqtisadiyyat və maliyyə naziri əlavə edib: Yeni şəraitdə bu fürsət yaranacaqdır ki, İran və Avstriyanın müxtəlif sahələrdə iqtisadi əməkdaşlıqları genişlənsin.
Avstriyanın iqtisadiyyat naziri Reinhold Mitterlehner də bu görüşdə İran və Avstriyanın tarixi əlaqələr keçmişinin yüksək hesab edib və deyib: Vyana nüvə anlaşmasından sonra artıq zamanı çatıb ki, iki ölkə əməkdaşlıqla çox aydın gələcəyi qursun.
İran və Avstriyanın ticarət konfransında Avstriyanın 240 iqtisadiyyat, sənaye və ticarət şirkətindən nümayəndələr iranlı həmkarları ilə müzakirələr aparıblar.
Konfransın sonunda İran və Avstriya şirkətləri arasında 33 fəaliyyət sahəsində əməkdaşlıq memorandumu imzalanıb.