Sen 09, 2015 15:03 Asia/Baku
  • Avropanın ən böyük elmi heyəti İranda; Avstriyanın mədəniyyət nümayəndələri Tehranda
    Avropanın ən böyük elmi heyəti İranda; Avstriyanın mədəniyyət nümayəndələri Tehranda

Bu hadisə elə bir halda baş verdi ki, son bir il ərzində Almaniya, Avstriya, ABŞ, Avstraliya, Oman, İtaliya, Fransa, Yaponiya, Türkiyə və sairə kimi ölkələrdən universitet heyətləri İrana daxil olmuşdular.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Avstriya prezidentinin İrana səfəri ilə yanaşı Avropanın ən böyük universitet heyəti də Tehrana daxil oldu. Bu nadir hadisəni sanksiyadan sonrakı dövrdə hökuməti nailiyyətlərindən biri adlandırmaq olar.


Avstriyanın təhsil və iqtisadiyyat naziri, 17 universitet rektoru və tədqiqat mərkəzinin rəhbəri, eləcə də ən azı 25 mədəniyyət nümayəndəsindən ibarət heyət çərşənbə günü İranın təhsil və tədqiat naziri ilə görüşdü. Bu görüşdə tərəflər arasında 7 anlaşma sənədi imzalandı. Bu anlaşma sənədlərindən biri nazirliklər arasında siyasət səviyyəsi ilə əlaqəlidir, qalan 6 sənəd isə İran və Avstriya universitetləri səviyyəsindədir.


Avstriyanın təhsil naziri deyib: İki ölkənin eyni səviyyədə olan universitetləri bir-biri ilə məsləhətləşmə aparıb və bu istiqamətdə Vyana və Tehran arasında əməkdaşlıq sənədi imzalanıb. İran tərəfi Avstriyaya müəyyən sayda ödənişsiz təhsil yeri verməyi nəzərdə tutub. Tərəflər arasında yüzlərlə ödənişsiz təhsil yeri mübadiləsi üzrə müqavilə imzalandı və Avstriya da müəyyən sayda ödənişsiz təhsil yerini İrana verəcəkdir.


İranın təhsil və tədqiqat naziri deyib: Avstriya Avropada ən önəmli elmi mərkəzlərdən biri hesab olunur. İqtisadiyyat, humanitar elmlər, psixologiya və tibb elmlərində Avropanın məşhur elmi mərkəzlərindən biridir. Bu ölkənin ən önəmli universitetləri paytaxt Vyanada yerləşir. Avstriya heyətin yüksək texnoloji səviyyəsi və İranla Avstriya arasında olan təsirli və müsbət əlaqələri nəzərə alaraq elmi əməkdaşlığın yüksək səviyyələrdə genişlənməsi üçün ondan istifadə olunacağı gözlənilir. Eyni zamanda bir qurum təşkil olunacaq ki, iki ölkənin universitet rəhbərləri İran və Avstriya arasında öz əməkdaşlıq davam etdirsinlər.


Montan və Əmir Kəbir və Təbriz Universitetləri arasında yazılı anlaşma imzalanıb. Həmçinin Avstriyanın xalq təbabəti institutu ilə Tehran Universitetinin xalq təbabəti institutu arasında, eləcə də Yohan təhsil müəsisəsi ilə Əllamə Təba Təbai Universiteti arasında yazılı anlaşmalar imzalanıb. Həmçinin Vyana Universiteti ilə Tehran Universiteti, Qrats İncəsənət Universiteti ilə Mədəniyyət və İslami İrşad Nazirliyinin incəsənət müavinliyi arasında, Tehran Universitetinin İncəsənət və Memarlıq İnstitutu ilə Qrats Universiteti arasında şifahi anlaşma baş tutub.

Teqlər