İnqilab Rəhbəri: Amerika öz düşmənçilyini gizlətmir
Sen 09, 2015 15:04 Asia/Baku
-
İnqilab Rəhbəri: Amerika öz düşmənçilyini gizlətmir
İslam İnqilabının Böyük Rəhbəri buyurublar: Amerika öz düşmənçiliyini gizlətmir və həmişə İrana zərbə vurmaq ardıncadır.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə günü Çahar Mahal və Bəxtiyari vilayətinin müxtəlif xalq kütlələri ilə görüşündə əlavə ediblər: Müzakirə ABŞ-ın nüfuzu və tələblərini qəbul etdirmək üçün vasitədir və İran İslam Respublikası yalnız nüvə məsələsində müəyyən səbəblərə görə ABŞ-la müzakirəyə razılaşdı.Nüvə müzakirələrində iranlı müzakirəçilərin aktiv iştirak etdiyini bəyan edən İnqilab Rəhbəri təkid ediblər: Digər sahələrdə Amerika ilə müzakirəyə icazə vermədik və onlarla müzakirə etmirik.
İslam İnqilabının Böyük Rəhbəri həmçinin düşmənlərin qarşısında İran xalqının güclənməsinin 3 yolu olaraq güclü və möhkəm iqtisadiyyat, inkişaf etmiş elm və inqilabçı ruhiyyəni vurğulayaraq əlavə ediblər: Ölkə rəsmiləri inqilabçı gənclərini əzizləsinlər.