Sen 10, 2015 10:18 Asia/Baku
  • Avstriya prezidenti İsfahanın tarixi binaları ilə yaxından tanış olub
    Avstriya prezidenti İsfahanın tarixi binaları ilə yaxından tanış olub

Avstriya prezidenti və onu müşayiət edən heyət İsfahan şəhərinin tarixi binaları ilə yaxından tanış olublar.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Avstriya prezidenti Haynts Fişer və onu müşayiət edən heyət çərşənbə günü İsfahanın İmam Xomeyni (rə) meydanı, Çehel Sutun muzeyi və Siyu-se pol körpüsü, eləcə də miniatüra incəsənəti və əl işləri sənayesi ilə yaxından tanış olublar.


Həmçinin İran və Avstriya arasında turist qatarı layihəsinin icrası məqsədilə 2,5 milyon avro dəyərində müqavilə imzalanıb.


İranın dəmiryol şirkətinin icraçı müdiri Möhsün Purseyyid Ağayi bu müqavilənin imzalanması mərasimində deyib: Xarici turistlərin İrana qatarla səfər etməyi rəğbətlə qarşıladığını nəzərə alaraq İranın dəmiryol şirkəti Fədək İqtisadi qrupunun hazırlığını elan etməsi və Avstriyanın 3 şirkətinin iştirakı ilə bu layihənin icraya qoyulması təsdiqlənib.

Teqlər