Sen 12, 2015 17:00 Asia/Baku
  • İran prezidentinin Məkkə faciəsi ilə bağlı bəyanatı
    İran prezidentinin Məkkə faciəsi ilə bağlı bəyanatı

İran İslam Respublikası prezidenti ölkəsinin Məkkə hadisəsində zərər çəkmiş insanlara tibbi yardımlar göstərməyə hazır olduğunu bildirib.

İran İslam Respublikası prezidenti Həsən Ruhani bir müraciətdə Məkkədə baş vermiş ürəkağrıdan hadisəni və bu hadisədə çoxlu sayda zəvvarın ölməsi və yaralanmasını İslam ümmətini kədərləndirən hadisə adlandırıb və ölkəsinin yaralılara tibbi yardımlar göstərməyə hazır olduğunu deyib.


Cümə günü Məkkədə güclü tufan nəticəsində bir qaldırıcı kranın aşması 107 zəvvarın ölməsi, 238 nəfərin isə yaralanması ilə nəticələnib.


Bir iranlı zəvvarın da həyatını itirdiyi bu hadisədə 25 iranlı zəvvarın da yaralandığı deyilir.


Teqlər