Brucerdi: Bütün terrorçu qruplaşmaların mahiyyəti günahsız insanları öldürməkdir
Sen 14, 2015 10:32 Asia/Baku
İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib: Terrorçuların bildiyi yeganə dil kobudluqdur və onların mahiyyəti günahsız insanları öldürməkdir.
İRNA-nın məlumatına görə, İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi Tehranda Bolqarıstan xarici işlər nazirinin müavini Valentin Poryazov ilə görüşdə Amerika və onun avropalı və regional müttəfiqlərinin terrorçu qrupları himayə etmələri və terrorizmi yaxşı və pis terrorizmə ayırmalarını təssüfləndirici hal adlandırıb və deyib: Anti-İŞİD koalisiyası sadəcə bir görüntüdür.Bducerdi əlavə edib: Terrorçulara silah və logistik dəstəyin davam etməsi terror qruplaşmalarının güclənməsinə səbəb olub və bu prosesin davam etməsi dünya ölkələri üçün ciddi təhdid sayılır.
Bolqarıstan xarici işlər nazirinin müavini də bu görüşdə regional və beynəlxalq münasibətlərdə İranın rolunu mühüm adlandırıb və deyib: İran İslam Respublikası mühüm bir beynəlxalq oyunçu kimi regional problemlərin həllində təsirli rola malik ola bilər.
Valentin Puryazov Yaxın Şərq və Afrikada cərəyan edən hazırkı böhranlara işarə edərək, deyib: İŞİD kimi terrorçu qruplaşmaların genişlənməsi dünya təhlükəsizliyi üçün ciddi təhdid sayılır.
Bolqarıstan xarici işlər nazirinin müavini həmçinin sonda İran və Bolqarıstan arasında siyasi və parlamentlərarası əlaqələrin genişlənməsini iqtisadi əlaqələrin genişlənməsi üçün münasib baza adlandırıb.