Heç bir qüdrət İran üçün qərar çıxara bilməz
https://azeri.sahartv.ir/news/İran-i197632-heç_bir_qüdrət_İran_üçün_qərar_çıxara_bilməz
İran İslam Respublikası prezidenti deyib: Hazırda heç bir qüdrət və supergüc İran üçün qərar çıxara bilməz.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 15, 2015 09:53 Asia/Baku
  • Heç bir qüdrət İran üçün qərar çıxara bilməz
    Heç bir qüdrət İran üçün qərar çıxara bilməz

İran İslam Respublikası prezidenti deyib: Hazırda heç bir qüdrət və supergüc İran üçün qərar çıxara bilməz.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran prezidenti Həsən Ruhani İslam İnqilabı Keşikçilər Korpusu komandanları və məsul şəxslərinin 21-ci iclasında bildirib: İran xalqı İslam Respublikası quruluşunun sayəsində və İslam İnqilabının Böyük Rəhbərinin göstərişləri əsasında vəhdət və birliklə həmişə qalib olmuş, düşməni məğlubiyyətlə üzləşdirmiş və onu geri çəkilməyə məcbur etmişdir.


"Artıq heç bir qüdrət və supergüc İran İslam Respublikası quruluşunun yolu üçün qərar çıxarmaq iqtidarında ola bilməz. Çünki İran xalqı bu hərəkətə icazə verməyəcəkdir" -deyə Ruhani əlavə edib.


İran prezidentinin sözlərinə görə, İslam İnqilabının Keşikçilər Korpusu və İranın digər silahlı qüvvələri İslam İnqilabının qələbəsindən sonrakı müxtəlif dövrlərdə inqilab və onun nailiyyətləri, İranın müstəqilliyi və ərazi bütövlüyünün qorunması yolunda çox böyük və ağır məsuliyyətləri yerinə yetirmişlər.


İran prezidenti İslam Respublikası quruluşunu inqilabın ən böyük nailiyyəti adlandırıb və deyib: Heç vaxt bu ikili arasında boşluq yaratmaq olmaz.


"İran İslam Respublikası hazırda tam müstəqilliyi əldə edib" deyən Ruhaninin sözlərinə görə, müstəqillik bu mənadadır ki, İran özünün və müsəlman ölkələrin mənafeyini təmin edə və müxtəlif sahələrdə, o cümlədən bütün regional məsələlərdə iştirak edə bilsin.


Ruhani əlavə edib: İran birlik, məntiq, müstəqillik, diplomatiya və siyasət qüdrəti ilə beynəlxalq səhnədə ədalətsiz sanksiyaları ləğv edə bilməlidir.


İslam İnqilabının Keşikçilər Koprusu və İran İslam Respublikası ordusunun 8 illik Müqəddəs Müdafiə dövründəki şücaəti və rəşadətinə toxunan Ruhani bildirib: İranın böyük xalqının qalib edən iman və müqavimət idi.


İran prezidenti həmçinin İrana qarşı BMT Təhlükəsizlik Şurasın qətnamələrinin ləğv olunmasının ölkə problemlərini həll etməyəcəyini bəyan edərək söyləyib: İslam İnqilabı və İslam Respulbikası quruluşunun sonunu istəyən düşmənlər bilsinlər ki, bu arzu heç vaxt reallaşmayacaq.


Regiondakı qarşıdurmalar və qanların axıdılmasına toxunan İran prezidenti deyib: İran Yəmən, İraq, Suriya, Livan, Bəhreyn, Əfqanıstan, Pakistan və digər islam diyarlarında və Şimali Afrikadakı ədalətsiz qırğınlar qarşısında etinasız qalmayacaq.