Ruhani: Sanksiyalar istehsala marağın artmasına səbəb olub
https://azeri.sahartv.ir/news/İran-i197665-ruhani_sanksiyalar_istehsala_marağın_artmasına_səbəb_olub
İran İslam Respublikası prezidenti deyib: Qərbin İran xalqına qarşı birtərəfli sanksiyaları İranda istehsala marağın artmasına səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 16, 2015 10:57 Asia/Baku
  • Sionistlərin əl-Əqsa məscidinə təcavüzləri davam edir
    Sionistlərin əl-Əqsa məscidinə təcavüzləri davam edir

İran İslam Respublikası prezidenti deyib: Qərbin İran xalqına qarşı birtərəfli sanksiyaları İranda istehsala marağın artmasına səbəb olub.

İRNA-nın məlumatına görə, Həsən Ruhani bu gün çərşənbə Tehranda keçirilən səhiyyə sektoru üzrə elmi müəssisələrin müdirlərinin ilk toplantısında deyib: Qərbin birtərəfli sanksiyaları və təzyiqləri İran xalqının iradəsini daha da möhkəmləndirdi və öz qürurunu, əzəmətini dünyaya nümayiş etdirmək qərarına gəldi.
Həsən Ruhani əlavə edib: nüvə işi ilə əlaqədar İran və 5+1 qrupu arasında əldə edilən Hərtərəfli Müştərək Addım Proqramı dinc məqsədlər üçün olan nüvə elmi və texnologiyasının daha sürətli formada inkişaf etməsinə münasib fürsət yaratmış olub.
İran prezidenti elmi şirkətlərin alimlər, universitet əhli və tədqiqatçıların sənaye və istehsala cəlb edilməsi üçün ən yaxşı seçim olduğunu vurğulayaraq deyib: Biz sanksiyaların ləğv edilməsindən sonrakı dövr üçün var gücümüzlə İranın mövqeyinin daha da yaxşılaşdırılmasına səy göstərməliyik.
İran prezidenti artıq sanksiyaların olmadığı bir dünyaya hazırlığın görülməsini zəruri adlandırıb və deyib: İran və 5+1 qrupu arasındakı müzakirələrdə bir addım olsun belə geri çəkilməyə hazır olmadığımız mövzulardan biri nüvə elmindən dinc istifadə istiqamətində elmi araşdırmaların inkişafı yolu idi.
Ruhani artıq bütün proqramların sanksiyaların ləğvindən sonrakı dövr üçün nəzərdə tutulmalı olduğunu deyərək, əlavə edib: Yeni yaranmış atmosferdə region və dünya bazarlarını öz məhsullarımız, əməyimiz, səyimiz və düşüncəmiz ilə özümüzə aid etməliyik və bu mümkün olan bir işdir.
İran prezidenti həmçinin, düşmən qarşısında ayıqlıq və sayıqlığın qorunmasına təkid edərək, deyib: İran İslam Respublikası daim sərmayə və texnologiya ilə İrana üz tutan xarici şirkətləri müsbət qarşılayır.