Sen 16, 2015 20:42 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbəri təhdidlər qarşısında ayıqlığı zəruri adlandırdılar
    İslam İnqilabının Böyük Rəhbəri təhdidlər qarşısında ayıqlığı zəruri adlandırdılar

İslam İnqilabının Böyük Rəhbəri: İran İslam Respublikasının düşmənləri ictimaiyyətin inanclarını dəyişməyə, qərarların qəbul edilməsi və ya qərarların çıxarılması mərkəzlərinə nüfuz etmyə çalışırlar.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə günü İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın komandanları və kadr heyəti ilə görüşdə buyurublar: Düşmən İnqilabın sonlandırılması kimi puç bir ümid əsasında siyasi-mədəni nüfuza malik olmaq ardıncadır. Amma, düşmənin fitnələrini tanımaq, inqilabçı ruhiyyəsini qorumaq və davamlı mübarizə aparmaq yolu ilə düşməni öz məqsədinə çatmaqda nakam qoymaq olar.
O həzrət İranın heç vaxt müharibəyə başlayan tərəf olmadığını və bundan sonra da belə olmayacağına təkid edərək, deyiblər: Buna baxmayaraq, İslam İnqilabı daim düşmənlərin təhdidləri ilə üz-üzə olduğu üçün Sepah-ın öz ayıqlığı və sayıqlığını habelə, təhdidlər qarşısındakı hazırlığını qoruması zəruri bir məsələdir.
İslam İnqilabının Böyük Rəhbəri düşməni tanımağı İnqilabı qorumağın digər yollarından adlandırıb və deyiblər: Düşmən dedikdə məqsəd dünya imperializmi və onun bariz nümunəsi olan Amerikadır ki, irticaçı rejimlər və zəif iradəli insanlar onun amilləri sayılır.
Həzrət Ayətullahülüzma Xamenei daha sonra deyiblər: İslam İnqilabının düşmənləri illərdir ki, təhlükəsizlik, demokratiya və sülh adı altında məntəqəyə nüfuz edən şəxslərdir. Amma, onların regiondakı iştirakının yeganə nəticəsi gərginliyin artması, böhranın baş qaldırması, terrorizmin yayılması, vəhşiliyin baş alıb getməsi və müharibə odunun alovlanması oldu.
İslam İnqilabının Böyük Rəhbəri təkfirçilərin avamcasına, əbləhcəsinə və axmaqcasına olan düşüncələrini tənqid edərək, deyiblər: İslam Qurana əsaslanan məntiqə və İslam peyğəmbərinin maarifiniə əsaslanır və bizim İnqilabımızın da əsasını elə bunlar təşkil edir.
Həzrət Ayətullahülüzma Xamenei İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın düşmənlərin bütün təhdidləri qarşısında ayıq, sayıq və diqqətli olmasına təkid edərək, deyiblər: İqtisadi və təhlükəsizlik nüfuzu təhlükəli olsa da, siyasi və mədəni nüfuz qədər dağıdıcı və təhlükəli deyil. Bu növ nüfuzun təhlükəsi daha çoxdur və hamı bunun müqabilində ayıq olmalıdır.
O həzrət İran xalqı və rəsmilərinin düşmənlərə öz şeytani məqsədlərinə çatmaq icazəsi verməyəcəyinə təkid edərək, deyiblər: İnqilabçı ruhiyyəsi və təfəkkürü o qədər gücləndirilməlidir ki, heç bir amil bu parlaq yolun davam etməsinə maneə törədə bilməsin. Bu, bütün istedad sahiblərinin üzərinə düşən mühüm bir vəzifədir.

Teqlər