Purdəstan: İŞİD İran üçün təhdid sayılmır
https://azeri.sahartv.ir/news/İran-i197713-purdəstan_İŞİd_İran_üçün_təhdid_sayılmır
İran İslam Respublikası ordusu Quru Qoşunları komandanı təkfirçi-terrorçu İŞİD qruplaşmasının İran üçün heç bir kəsb etmədiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 19, 2015 05:39 Asia/Baku
  • Purdəstan: İŞİD İran üçün təhdid sayılmır
    Purdəstan: İŞİD İran üçün təhdid sayılmır

İran İslam Respublikası ordusu Quru Qoşunları komandanı təkfirçi-terrorçu İŞİD qruplaşmasının İran üçün heç bir kəsb etmədiyini bildirib.

İRNA-nın məlumatına görə, general-mayor Əhməd Rza Purdəstan İranın qərbində, Yasucda keçirilən bir mərasimdə deyib: İslam İnqilabının Böyük Rəhbərinin müdrik rəhbərliyi, İran xalqının himayələri və silahlı qüvvələrin istənilən təhdidə cavab verməyə tam hazır olması sayəsində, təkfirçi-terrorçu İŞİD qruplaşması İran sərhədlərinə nüfuz edə bilməz.
General-mayor Purdəstan İran İslam Respublikası ordusu Quru Qoşunlarının təkfirçi-terrorçu İŞİD qruplaşmasını İran sərhədlərinə yaxınlaşmazdan öncə məhv etməyə qadir olduğunu vurğulayıb və deyib: Bu terror qruplaşmasının məqsədi İslam dininin adına ləkə gətirməkdir.
İran ordusu Quru Qoşunları komandanı həmçinin ABŞ-ın İrana qarşı fitnələrinə işarə edərək, deyib: Enerji mənbələrinə nəzarəti ələ keçirmək, İslami oyanışın genişlənməsinə mane olmaq və terrorizm ilə mübarizə adı altında regiondakı iştirakını genişləndirmək ABŞ-ın İslam ölkələrinə nüfuz etmək üçün izlədiyi 3 əsas və gizli məqsəddir.