Tehranda Fransanın yeni ticarət ofisi açılır
Sen 20, 2015 06:58 Asia/Baku
-
Tehranda Fransanın yeni ticarət ofisi açılır
Fransanın İran paytaxtı Tehranda yeni ticarət ofisi açılacaq.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, bazar günü Fransanın bir iqtisadi və siyasi heyəti Tehrana səfər edəcək. Əldə olunan məlumatlara əsasən 22 sentyabrda Fransanın yeni ticarət ofisi Tehranda işə başlayacaq.Bu səfərdə Fransa və İranın ticarət iclasları keçiriləcək və kənd təsərrüfatı barəsində danışıqlar aparılacaq. Biznes Frans ofisinin açılması, iqtisadi məsələlərlə əlaqədar görüşlərin artırılması da müzakirə olunacaq.
150 nəfərlik fransız heyətə İran səfərində Fransanın kənd təsərrüfatı naziri Stefan Leful və xarici ticarət və turizm məsələləri üzrə müşavir naziri Matias Fekel başçılıq edir.
Teqlər