İranın AEBA ilə əməkdaşlığı etimada əsaslanır
Sen 20, 2015 15:11 Asia/Baku
-
İranın AEBA ilə əməkdaşlığı etimada əsaslanır
İran İslam Respublikası prezidenti deyib: Tehranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə geniş əməkdaşlığı qarşılıqlı etimad, beynəlxalq qanun-qaydalar və peşəkar vəzifələrə əsaslanıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano ilə Tehranda görüşdə bu agentliyin texniki, hüquai və siyasi sahədəki vəzifələrini önəmli və mürəkkəb adlandırıb."İran ötən 12 ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə geniş əlaqələrə malik olmuş və həmişə bu münasibətlərin yaxşı və qanuni olmasına çalışmışdır" -deyən Ruhaninin sözlərinə görə, İranın agentlikdən gözləntisi əsasnaməsində qeyd olunandan artıq deyildir. Tehran İran və AEBA arasında nəzarət müqaviləsindən artıq tələbləri izləmir.
İraın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri əlavə edib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bir tərəfdən ölkələrin nüvə fəaliyytələrinə nəzarət edir ki, onların sülhməramlı proqramlarında yayınma olmasın. Digər tərəfdən isə ölkələrin nüvə sahəsində sülhməramlı texnologiyadan faydalanmasına çalışır.
İranla 5+1 qrupunun müzakirələrinə toxunan Ruhani deyib: AEBA bu anlaşmanın icrasında təsirli rola malik olacaq.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru da gediş-gəlişlər və Vyana nüvə anlaşması barəsindəki müzakirələr, eləcə də Yekun Müştərək Təşəbbüs Proqramının icra formatını əhəmiyyətli qiymətləndirib və deyib: Agentlik bütün məsələlərin müzakirələr çərçivəsində nəticəyə çatmasında maraqlıdır.
Yukiya Amano İran və AEBA arasında əməkdaşlığın genişlənməsindən razılıq edərək deyib: Agentlik məsələlərdə şəffaflıq və məsuliyyətlərin icra olunması ardıncadır. Bu isə, uzunmüddətli əməkdaşlıq üçün yaxşı əsaslar ola bilər.