Laricani: Təkfirçi cərəyanlar islam dünyasının böyük müsibətidir
Sen 21, 2015 18:06 Asia/Baku
İran İslam Şurası Məclisinin sədri deyib: Terrorizm və təkfirçilik cərəyanı islam bayrağı ilə saysız cinayətlər törədir.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani parlamentin iclası işə başlamazdan öncə etdiyi çıxışında İmam Məhəmməd Baqirin (ə) şəhadəti ilə başsağlığı verərək əlavə edib: İslam ümmətinin problemlərindən biri radikal və təkfirçi cərəyanlardır və islam dünyası üçün böyük müsibət yaratmışdır.İran parlamentinin sədri təkfirçi terror cərəyanın islam dünyasında fəaliyyət göstərməsinə toxunaraq deyib: Təəssüflər olsun ki, dünyanın ümumi fikrində nüfuz edən bu təkfirçi terror cərəyanı islam dünyasının süstlüyü və zəifliyinə səbəb olmuşdur.
İranın qanunvericilik orqanının rəhbəri bildirib: Əgər bugünkü ictimaiyyətdə əmr be məruf və nəhy əz münkərdən xəbərsizlik olarsa, bütün ictimaiyyət günahkarlarla sazişə görə Allahın qəzəbinə tuş gəlir. Çünki əmr be məruf və nəhy əz münkər ikinci dərəcəli və az əhəmiyyətli məsələ deyildir.