Sen 24, 2015 19:27 Asia/Baku
  • Cahangiri Minada zərərçəkən hacıların vəziyyətinin araşdırılmasına göstəriş verib
    Cahangiri Minada zərərçəkən hacıların vəziyyətinin araşdırılmasına göstəriş verib

İran İslam Respublikası prezidentinin birinci müavini Minada baş verən hadisə nəticəsində həlak olan və zərərçəkən iranlı hacıların vəziyyətinin dərhal araşdırılmasına göstəriş verib.

Səhər Beynəlxalq Televiziyasının verdiyi məluamta görə, Minada xoşagəlməz hadisənin baş verməsi ardınca İranın vitse-prezidenti İslam İnqilabının Böyük Rəhbərinin nümayəndəsi, iranlı hacıların başçısı, Həcc və Ziyarət Təşkilatının rəhbəri, İran İslam Respublikasının Ərəbistandakı səfiri ilə əlaqə saxlayaraq onlardan bu hadisədə həlak olan və zərərçəkən hacıların vəziyyətinin dərhal araşdırılması məqsədilə bütün imkanlardan istifadənin olunmasını istəyib.
Cahangiri bildirib: Allah Evinin zəvvarlarının təhlükəsizliyi və qorunmasının məsuliyyəti Səudiyyə Ərəbistanı hökumətinin üzərinədir. Ərəbistan öz vəzifəsini yerinə yetirməli və bu məsələdə istənilən etinasızlıq Ərəbistan hökumətinin üzərinə düşəcək.
İranın Prezident Aparatı rəhbərinin siyasi məsələlər üzrə müavini Həmid Əbutalibi də Mina hadisəsi barəsində deyib: Bu faciətə Ərəbistanın yetərsizliyi tamamilə hiss olunur.

Teqlər