Ruhani: İran anlaşmadan sonra dünya ilə konstruktiv əlaqələr ardıncadır
Sen 25, 2015 10:23 Asia/Baku
-
İran anlaşmadan sonra dünya ilə konstruktiv əlaqələr ardıncadır
İran İslam Respublikası prezidenti Nyu-Yorkda olduğu müddətdə İran xalqının hüququ və milli mənafeyinin izləniləcəyini vurğulayıb.
İran prezidenti Həsən Ruhani cümə axşamı günü Nyu-Yorkda Con F.Kennedi aeroportuna daxil olduqdan sonra jurnalistlərə verdiyi açıqlamada BMT Baş Assambleyasının 70-ci sammitində iştirakı və səfərinin məqsədləri barədə deyib: Bu səfərdə iki öncəki səfər kimi öncəki məqsədlər izləniləcək. Eyni zamanda önəmli regional və beynəlxalq məsələlər, İran xalqının hüququ və milli mənafeyi ilə əlaqədar məsələlər ciddi şəkildə diqqət mərkəzində saxlanılacaq.Prezident Ruhani xatırladıb: Hazırda nüvə anlaşmasından sonra elə bir şərait yaranıb ki, dünya ilə maksimum şəkildə konstruktiv anlaşma və inkişaf ardınca olmaq və eyni zamanda regional və beynəlxlaq məsələləri davamlı sülh və stabilliyi əldə etmək məqsədilə izləmək lazımdır.
"Regional məsələlər, o cümlədən Yəmən, Suriya və İraq prosesləri müxtəlif ölkələrin dövlət başçıları ilə görüşlərdə araşdırılacaq. Ümid olunur ki, bu görüşlərdə bölgədə davamlı sülh və təhlükəsizliyin bərqərar olunması və de-stabilliyin aradan qaldırılması istiqamətində faydalı və konstruktiv qərarlar veriləcək" -deyə Ruhani əlavə edib.
Baş Assambleyada çıxış, 2015-ci il Davamlı İnkişaf üzrə sammitdə iştirak etmək, BMT baş katibi və bir çox ölkənin dövlət başçısı ilə görüşərək danışıqlar aparmaq, Amerikada ziyalılarla görüş keçirmək Həsən Ruhaninin Nyu-York səfəri proqramına daxildir.
Prezident Aparatının rəhbəri Məhəmməd Nəhavəndiyan, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi, prezidentin elm və texnologiya məsələləri üzrə müavini Sorena Səttari və prezidentin mədəniyyət məsələləri üzrə Hüsaməddin Aşna Ruhanini Nyu-York səfərində müşayiət edirlər.