İslami İranda Mina faciəsinə etiraz üzrə aksiyalar keçirilib
Sen 25, 2015 17:24 Asia/Baku
-
İslami İranda Mina faciəsinə etiraz üzrə aksiyalar keçirilib
İslami İranda namaz qılanlar Ali-Səud rejiminə qarşı irimiqyaslı aksiyalar keçirərək Minada hacıların kütləvi şəkildə həlak olmaları faciəsini pisləyiblər.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İslami İranın müxtəlif vilayətləri, o cümlədən Tehranda yüz minlərlə nəfər namaz qılan cümə namazından sonra irimiqyaslı yürüş keçirərək Ali-Səud rejimi, ABŞ və sionist rejimə qarşı şüarlar səsləndirib və dəhşətli Mina hadisəsi və çoxlu sayda hacının həlak olmasında Ali-Səud rejiminin məsuliyyət daşıdığını bildirib.Tehranda namazqılanlar Həcc mərasimində Ərəbistanın yetərsizliyi və düzgün idarəçiliyinin olmamasına görə, çoxlu sayda hacının həlak olduğunu bildirib və Ali-Səud rejimindən Həcc mərasiminin idarə olunmasının alınmasını vurğulayıblar.
Bu arada İranın Məsləhət Şurasının sədri Ayətullah Haşimi Rəfsəncani bu gün Mina faciəsi ilə bağlı başsağlığı verərək deyib: Ərəbistan bu hadisə qarşısında məsuliyyət daşıyır və islam dünyasına cavab verməlidir.
Təqlid mərcələrindən Ayətullah Məkarim Şirazi də Mina faciəsi ardınca həlak olan zəvvarların ailələrinə başsağlığı verərək islam dünyası alimləri və siyasətçilərindən iki hərəmin idarə olunması üçün addım atmalarını istəyib.