Ruhani Amerika KİV nümayəndələri ilə söhbətləşib
https://azeri.sahartv.ir/news/İran-i197914-ruhani_amerika_kİv_nümayəndələri_ilə_söhbətləşib
İran prezidenti Amerika və beynəlxalq Kütləvi İnformasiya Vasitələrinin direktorları və nümayəndələri ilə görüşdə İran İslam Respublikasının regional və beynəlxalq mövqelərini bəyan edərək onların suallarını cavablandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 26, 2015 07:33 Asia/Baku
  • Ruhani Amerika KİV nümayəndələri ilə söhbətləşib
    Ruhani Amerika KİV nümayəndələri ilə söhbətləşib

İran prezidenti Amerika və beynəlxalq Kütləvi İnformasiya Vasitələrinin direktorları və nümayəndələri ilə görüşdə İran İslam Respublikasının regional və beynəlxalq mövqelərini bəyan edərək onların suallarını cavablandırıb.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İran prezidenti Höccətülislam vəlmüslimin Həsən Ruhani bu görüşün əvvəlində İranla 5+1 qrupunun nüvə anlaşmasına toxunaraq əlavə edib: Ötən il məsələ bunun üzərində idi ki, görəsən bu müzakirələr nəticəyə çatacaq yoxsa xeyr? İndi sual budur ki, görəsən bu anlaşma yaxşı formada icra olunacaqmı və digər məsələlər barəsində ixtilafları həlli və yaxşı anlaşmalar üçün şərait yarada bilərmi?
İran prezidenti ötən illərlə müqayisədə regionda baş verən proseslər əvə dəyişiklikləri açıqlayaraq əlavə edib: İraqın vəziyyəti ötən illə müqayisədə bu il yaxşılaşıb. Hərçənd İraq xalqı və ordusunun terror qruplaşmaları qarşısında uğur əldə etməsi üçün önəmli addımlar atılmalıdır. Suriya barədə də suriyalı miqrantlar məsələsi regiona və beynəlxalq səviyyədə yeni cəhətlər yaratmışdır.
Suriyalı miqrantların bundan öncə Suriyda dinc şəkildə və həmin hökumətin idarəçiliyi ilə yaşadığını, terrorçular və müharibəni yaradanların onların didərgin düşməsinin əsas səbəbi olduğunu bəyan edən Ruhani əlavə edib: Yəməndə vəziyyət ötən illə müqayisədə bu il gərginləşib. Yəmən xalqı bəzi region ölkələri, xüsusilə Ərəbistanın hərbi müdaxiləsi ilə qəbuledilməz vəziyyətdədirlər və yəmənlilərin xilası üçün dərhal düşünmək lazımdır.
Ruhani İran və Suriya əlaqələri barəsində sualı belə cavablandırıb: İranın Suriya hökuməti ilə əlaqələri olub və olacaq. Bizim qənaətimizcə, etirazçılar dinc şəkildə öz fikirlərini elan etməli və konstitusiyada da lazımi dəyişikliklər aparılmalıdır.
"İranın Suriya barəsində layihəsi vardır. Bu layihə barədə dostlar və maraqlanan ölkələrlə məsləhətləşmə aparılmışdır. Ümidvarıq ki, Suriya üçün kollektiv həll yolu tapılacaq. Onun sonu terrorizmin sonu, didərginlərn öz ölkələrinə qayıtması və gələcəkdə suriyalı qruplar arasında danışıqlar prosesi olacaqdır. Biz bu istiqamətdə müxtəlif ölkələrlə danışıqlar aparmaqdayıq" -deyə Ruhani əlavə edib.
İran prezidentinin sözlərinə görə, Suriya barəsində müsbət rolu oynaya biləcək bütün ölkələr səhnəyə daxil olmalıdırlar. Lakin İran və Amerikanın bu barədə müzakirə edib-etməməsinə gəlincə, öncə də bildirilib ki, nüvə anlaşmasına tam riayət etmək etimad üçün böyük sınaqdır. Anlaşma Amerikada icra mərhələsinə yaxınlaşıb, İranda da belədir. Sanksiyalar tam şəkildə ləğv olunmalıdır ki, İran xalqı müzakirənin faydalı olduğunu hiss etsin. Ondan sonra digər məsələlərlə əlaqədar iki ölkənin danışıqlar aparması mümkündür.