Sen 26, 2015 17:05 Asia/Baku
  • Ərəbistan səfirliyinin müvəqqəti işlər vəkili 3-cü dəfə İran XİN-ə çağırıldı
    Ərəbistan səfirliyinin müvəqqəti işlər vəkili 3-cü dəfə İran XİN-ə çağırıldı

Mina hadisəsi və hacıların həlak olmaları ardınca Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili 3-cü dəfə olaraq İran Xarici İşlər Nazirliyinə çağırılıb və İran İslam Respublikasının etirazı ona elan olunub.

Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadla verdiyi məlumata görə, Ərəbistanın icra qurumlarının yanlış idarəçiliyi və Minada həlak olan iranlıların sayının artması ardınca Ərəbistanın Tehrandakı səfirliyinin müvəqqəti ilər vəkilindən həlak olanların İrana nəqli və yaralıların müalicə mərkəzlərinə nəql olunması üçün lazımi əməkdaşlıqların dərhal həyata keçirilməsi istənilib.
Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili cümə axşamı və cümə günləri də İran Xarici İşlər Nazirliyinə çağırılmış və İran İslam Respublikasının Ərəbistanın icra orqanlarının yanlış idarəçiliyinə etirazı ona elan olunmuşdu.

Teqlər