Sen 27, 2015 10:44 Asia/Baku
  • Ruhani: Sanksiyaların ləğvinin icrası bütün tərəflərin ciddi hərəkətinə ehtiyaclıdır
    Ruhani: Sanksiyaların ləğvinin icrası bütün tərəflərin ciddi hərəkətinə ehtiyaclıdır

İran prezidenti Avropa Şurasının sədri ilə görüşdə deyib ki, Avropa Birliyinin üzvləri sanksiya dövründə böyük zərərlərə düşüblər, bu üzdən, sanksiyalardan sonrakı dövrdə elə hərəkət etməliyik ki, bu keçmişin əvəzi çıxılsın.

IRIB-nin məlumatına görə, İran prezidenti Həsən Ruhani Nyu-Yorkdakı iqamətgahında keçirilən Avropa Şurasının sədri Donald Tasek ilə görüşdə deyib ki, sanksiyaların ləğvinin icrası üzrə addımlar bütün tərəflərin, xüsusən Avropa Birliyinin ciddi hərəkətinə ehtiyaclıdır.
Ruhani habelə terrorizm məsələsini regionda ən böyük problem adlandıraraq, deyib ki, əgər bu barədə çarə görülməzsə, digər regionlar da bu problemə düçar ola bilərlər.
İran prezidenti terrorçuların Suriyadakı qeyri-insani hərəkətlərinə toxunaraq, bildirib: Əgər bizim hamımız Suriyada ən böyük problemin terrorçuların fəaliyyəti olduğu barədə eyni fikirə malik olmuş olsaq, həll yolunun tapılması daha asan olacaq, zira terrorizmə qarşı mübarizələrin nəticə verməsi üçün ilk növbədə mərkəzi dövlətin gücləndirilməsindən başqa bir çarəmiz olmayacaq.
Avropa Şurasının sədri də nüvə razılaşmasını İran, Avropa və dünya üçün mühüm uğur adlandırıb və bildirib ki, Avropa Birliyi müzakirələrin nəticəyə çatması üçün əlindən gələni etdi və bu razılaşma həmkarlıqların inkişafı istiqamətində ilk addımdır.
O, Yaxın Şərqdəki problemlərə də toxunaraq, bildirib ki, Avropa Birliyi İranın həmkarlığına ehtiyaclıdır və Tehransız region problemlərnin həlli mümkünsüzdür.

Teqlər