Müştərək addım üzrə əhatəli proqramın icrası hamının xeyrinə olacaq
https://azeri.sahartv.ir/news/İran-i197994-müştərək_addım_üzrə_əhatəli_proqramın_icrası_hamının_xeyrinə_olacaq
İran prezidenti deyib: İran İslam Respublikası açıq şəkildə bildirir ki, müştərək addım üzrə əhatəli proqramın icrasına sadiqdir və onun icrasını hamının xeyrinə bilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 28, 2015 13:37 Asia/Baku
  • Müştərək addım üzrə əhatəli proqramın icrası hamının xeyrinə olacaq
    Müştərək addım üzrə əhatəli proqramın icrası hamının xeyrinə olacaq

İran prezidenti deyib: İran İslam Respublikası açıq şəkildə bildirir ki, müştərək addım üzrə əhatəli proqramın icrasına sadiqdir və onun icrasını hamının xeyrinə bilir.

IRNA-nın məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani Nyu-Yorkda Amerika elmi mərkəzlərinin üzvləri ilə görüşdə əlavə edib: Müştərək addım üzrə əhatəli proqram dünya xalqları üçün ümid yaratdı və hamıya bildirdi ki, müzakirə yolu ilə həll yoluna çatmaq iki tərəf üçün ən mənfəətli müzakirədir.
Ruhani deyib: Bəziləri İranın razılaşmasının davam edəcəyinə şəkk və tərəddüd edir və bu istiqamətdə amerikalı rəsmilər və senatorlardan müxtəlif və qəribə sözlər eşidilir. O, əlavə edib: Onlar elə danışırlar ki, sanki hələ xalqların inkişafına inanmırlar və bu, elə bir haldadır ki, informasiyalar iki ölkənin xalqları və rəsmiləri arasında şəffaf şəkildə yayılmalıdır.
İran prezidenti çıxışının digər bir hissəsində və iştirakçıların Suriya böhranı və İranın bu böhrandan keçid üzrə planı barədəki suallarına cavabda deyib: Yaxın Şərq regionunun bugünkü durumu özünəməxsusdur və Qərbin zahirdə regionda terrorizmlə mübarizə adı altında atdığı addımlar zorakılığı şiddətləndiribdir.
Ruhani bildirib ki, Suriya məsələsində xas mürəkkəbliklər mövcuddur. O, əlavə edib: Həm Suriya dövləti siyasi islahatlara ehtiyaclıdır, həm də ilk addımda bu ölkədə terrorçuluqla mübarizə aparılmalıdır.
İran prezidenti İranın regional və beynəlxalq siyasətləri, Ərəbistan daxil olmaqla digər ölkələrlə əlaqələr tərzi və digər ölkələrin İranın regiondakı iştirakı ilə bağlı nigaranlığı barədəki bəzi fikirlərə toxunaraq, söyləyib: İranofobiya daim İran xalqının düşmənlərinin təbliğat üzrə iş gündəmində durub, amma qəti olan məsələ budur ki, İran heç bir ölkə üçün təhlükə və nigarançılıq olmayıb və olmayacaq da və qonşulardan hər biri və region ölklələri terrorizmlə mübarizə üçün kömək istəyərlərsə, dərhal İran addım atacaqdır.