İran prezidenti Tehrana qayıdıb
https://azeri.sahartv.ir/news/İran-i198024-İran_prezidenti_tehrana_qayıdıb
İran prezidenti deyib: Səudiyyə Ərəbistanı dövlətinin tədbirsizliyi və səhlənkarlığı ucbatından hacılar məzlumcasına həlak oldular.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 29, 2015 13:41 Asia/Baku
  • İran prezidenti Tehrana qayıdıb
    İran prezidenti Tehrana qayıdıb

İran prezidenti deyib: Səudiyyə Ərəbistanı dövlətinin tədbirsizliyi və səhlənkarlığı ucbatından hacılar məzlumcasına həlak oldular.

IRIB-nin məlumatına görə, İran prezidenti Həsən Ruhani çərşənbə axşamı günü Nyu-Yorkdan Tehrana qayıdarkən Tehranın Mehrabad hava limanında əlavə edib: Səudiyyə Ərəbistanı həm özünün qanuni və beynəlxalq vəzifələrinə əməl etməli, həm də aydınlaşdırmalıdır ki, bu hadisə nə üçün və hansı səbəbə görə baş verib.
Ruhani əlavə edib: Mina hadisəsi İranın baxımından adi bir hadisə deyil; Ərəbistan hadisənin filmlərini yaysın.
İran prezidenti Mina hadisəsinin Ərəbistan tərəfindən media formasında işıqlandırılması tərzini tənqid edərək deyib: Bəzi Ərəbistan mediaları mövcud olan filmləri göstərmək yerinə, camaat üçün animasiya filmi düzəldərək, yayırlar ki, bu, islami xalqlara qarşı bir təhqirdir.
İranın icra hakimiyyətinin sədri vurğulayıb: İran dövləti Minada həlak olmuş iranlı zəvvarların hüquqlarının bərpası üçün öz qanuni vəzifələrini yerinə yetirir.
İran prezidenti Mina faciəsində həlak olmuş iranlı hacıların cənazələrinin qarşılanması mərasimində iştirak etmək üçün BMT Baş Assambleyası sessiyası kənarındakı proqramlarını yarımçıq qoyaraq, bu gün Tehrana daxil olub.