Sen 30, 2015 15:20 Asia/Baku
  • Həzrət Ayətullahuluzma Xamenei Mina hadisəsinin səbəbinin araşdırılmasını vurğulayıblar
    Həzrət Ayətullahuluzma Xamenei Mina hadisəsinin səbəbinin araşdırılmasını vurğulayıblar

İslam İnqilabının Böyük Rəhbəri xalqımızın müsibətdə olduğunu bəyan edərək, vurğulayıblar: Həcc təhlükəsizlik məkanı olmalıdır; görən, bu, təhlükəsizlikdir ki, həcc mərasimi zamanı insanların həyatına qarşı zorakılıq edilmiş olsun?

İran İslam Respublikası Ordusunun zabitlik universitetləri tələbələrinin məzunluq mərasimi İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İranın şimalında yerləşən Nouşəhr şəhərində keçirilib.
İranın Silahlı Qüvvələrinin Ali Baş Komandanı Həzrət Ayətullahuluzma Xamenei Nouşəhrin İmam Xomeyni(r.ə.) adına Dəniz Elmləri Akademiyasında İran İslam Respublikası Ordusunun zabitlik universitetləri tələbələrinin məzunluq, attestasiya və dərəcənin verilməsi mərasimində vurğulayıblar: Qurban və Qədir bayramları günləridir, amma bugünkü cahilliklər bizim bayramımızı qanlı Mina hadisələri ilə matəmə çevirdilər.
O həzrət buyurublar: Bizim hacılardan bir neçə yüz nəfər məzlumcasına və onların bir qrupu teşnə surətdə dünyadan getdi.
Həzrət Ayətullahuluzma Xamenei bildiriblər ki, bu hadisə barədə təhqiqat aparılmalıdır. O həzrət vurğulayıblar ki, İslam Dünyası və bizim ölkəmizdən hadisənin səbəbinin araşdırılması üçün faktaraşdırıcı qrup getməlidir.
İranın Silahlı Qüvvələrinin Ali Baş Komandanı çıxışlarının digər bir hissəsində deyiblər: Silahlı qüvvələrin hazırlığı yalnız bu mənada deyildir ki, müharibədə düşmənə qalib gəlsinlər, bununla yanaşı, ölkənin düşmənlərin pis niyyətlərindən qorunması da vardır. Hazır və təchiz edilmiş olarkən düşmən bədxahlıqdan, bir addım atmağa cürət etməz...
Ardı var...

Teqlər