Sen 30, 2015 17:46 Asia/Baku
  • İnqilab Rəhbəri: İranlı hacılara azacıq hörmətsizlik İranın reaksiyasına səbəb olacaq
    İnqilab Rəhbəri: İranlı hacılara azacıq hörmətsizlik İranın reaksiyasına səbəb olacaq

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: İranlı hacılara azacıq hörmətsizlik və Mina faciəsində həlak olanların cənazələri qarşısında vəzifələrinə əməl etməmə İranın sərt reaksiyası ilə üzləşəcək.

Həzrət Ayətullahuluzma Xamenei çərşənbə günü İran İslam Respublikası Ordusunun zabitlik universitetləri tələbələrinin məzunluq, attestasiya və dərəcəvermə mərasimində Mina faciəsindən təəssüflənərək, bildiriblər: Bu faciə minlərllə, o sıradan yüzlərlə iranlı hacının həlak olması səbəbindən İslam Dünyası və İran xalqı üçün əsl müsibət və matəmdir.
İslam İnqilabının Böyük Rəhbəri İran daxil olmaqla islami ölkələrin iştirakı ilə faktaraşdırıcı komitənin yaradılması vacibliyinə toxunaraq, deyiblər: Biz hazırda bu hadisənin səbəbi barədə vaxtından qabaq mühakimə yürütmürük, amma bu qənaətdəyik ki, Ərəbistan dövləti Mina faciəsi yaralıları qarşısında öz vəzifələrinə əməl etməyibdir.
Həzrət Ayətullahuluzma Xamenei Ərəbistanın həlak olanların cənazələrinin köçürülməsində öz vəzifələrinə əməl etmədiyini vurğulayaraq, bildiriblər: İran indiyədək təmkinlilik və islami ədəblə İslam Dünyasında qardaşlıq hörmətini saxlayıbdır, amma onlar bilməlidirlər ki, İran lazım olan təqdirdə ixtiyarındakı imkanlarla əziyyət edən məkrli ünsürlər qarşısında reaksiya göstərə bilər.
İranın Silahlı Qüvvələrinin Ali Baş Komandanı həmçinin dərin iman, şücaət və biliyi silahlı qüvvələrin mahiyyətinin təşkilində üç son dərəcə mühüm ünsür adlandırıb və belə qeyd ediblər: Əgər silahlı qüvvələrdə iman olmazsa, zəifi öldürmə əhval-ruhiyyəsi yaranar.
O həzrət Yəməndə ictimai məkanları hədəfə almanı zəifi öldürmə və bir silahlı qüvvədə şücaət əhval-ruhiyyəsinin olmaması nümunəsi adlandırıb və İranın Silahlı Qüvvələrinin gənclərinə elmi-tədqiqat, araşdırma təşəbbüsü, eləcə də iman və şücaəti gücləndirməyi tövsiyə ediblər.
İslam İnqilabının Böyük Rəhbəri deyiblər: Ordu, sepah, bəsic və sair qüvvələr daxil olmaqla silahlı qüvvələrin hazırlığı yalnız bu mənada deyildir ki, müharibədə düşmənə qalib gəlsinlər, bununla yanaşı, bu hazırlıq çəkindiricilyə də malik olmalıdır.
Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar: İran xalqı sübut etdi ki, dünyanın zalım qüvvələri qarşısında müqavimətli, agah, uzaqgörən, həmçinin bəşəriyyət və öz mahiyyətinə hörmət bəsləyəndir. O, həzrət deyiblər: Dünyanın zalım qüvvələri qarşısında dayanmaq bəşəriyyətə və bütün xalqlara hörmətdir.

Teqlər