Dəmavənd esminesi Ali Baş Komandanın qarşısında Xəzərdə dəniz manevri etdi
https://azeri.sahartv.ir/news/İran-i198080-dəmavənd_esminesi_ali_baş_komandanın_qarşısında_xəzərdə_dəniz_manevri_etdi
İslam İnqilabının Böyük Rəhbərinin Noşəhr İmam Xomeyni Dəniz Elmləri Universitetində olduğu zaman dəniz qüvvələri öz potensiallarını sərgiləyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 01, 2015 11:02 Asia/Baku
  • Dəmavənd esminesi Ali Baş Komandanın qarşısında Xəzərdə dəniz manevri etdi
    Dəmavənd esminesi Ali Baş Komandanın qarşısında Xəzərdə dəniz manevri etdi

İslam İnqilabının Böyük Rəhbərinin Noşəhr İmam Xomeyni Dəniz Elmləri Universitetində olduğu zaman dəniz qüvvələri öz potensiallarını sərgiləyiblər.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Ali Baş Komandan Həzrət Ayətullahülüzma Xamenei bu gün səhər İran İslam Respublikası ordusunun zabitlik universitetlərinin məzunları, onlara hərbi vəzifələrin verilməsi mərasimində iştirak ediblər.
Noşəhr İmam Xomeyni (rə) Dəniz Elmləri Universitetində keçirilən bu mərasimdə silahlı qüvvələrin yüksək səviyyəli komandanları Həzrət Ayətullahülüzma Xameneini müşayiət ediblər.
Bu mərasimin bir hissəsində ordunun Dənzi Qoşunlarının qüvvələri Xəzər dənizinin İran sahilində Ali Baş Komandanın qarşısında öz potensiallarını nümayiş etdiriblər.
Bu hərbi təlimdəki ən önəmli gəmi Dəmavənd esminesi olub. Yerli mütəxəssislərin təşəbbüsü ilə istehsal olunan bu gəmi Cəmaran tipli gəmilərdəndir.