Okt 03, 2015 11:01 Asia/Baku
  • İranın üç hakimiyyət qüvvəsinin başçıları Mina faciəsi qurbanlarına hörmət ifadə ediblər
    İranın üç hakimiyyət qüvvəsinin başçıları Mina faciəsi qurbanlarına hörmət ifadə ediblər

Mina faciəsi qurbanlarına hörmət ifadə edilməsi mərasimi İranın üç hakimiyyət qüvvəsi başçılarının iştirakı ilə Tehranın Mehrabad hava limanında keçirilib.

Mina faciəsi qurbanlarına hörmət ifadə edilməsi mərasimində İran prezidenti Həsən Ruhani, İslam Şurası Məclisinin sədri Əli Laricani, İranın Məhkəmə Hakimiyyətinin sədri ayətullah Sadeq Amoli Laricani, İslam İnqilabının Böyk Rəhbərinin ofis sədri höccətulislam vəlmuslimin Mohəmməd Mohəmmədi Qolpayeqani iştirak ediblər.
Kədərli Mina hadisəsində həlak olmuş 104 iranlı zəvvarın cənazəsi şənbə günü səhər bir səudiyyə təyyarəsi ilə Ciddədən Tehranın Mehrabad hava limanına daxil olub ki, rəsmi mərasimdən sonra ailələrinə təhvil verilmiş olsun.
İranın nazirlər kabineti cümə günü axşamçağı bir bəyanat yayaraq, bütün xalqı bazar günü Tehranda və İranın bütün ostanlarında eyni vaxtda keçiriləcək Mina faciəsində həlak olanların dəfn və anım məraismində iştiraka çağırıb.
İranlı hacılardan 465 nəfər cariilki həccin Rəmy Cəmərat mərasimində Ərəbistanın həcc rəsmilərinin ləyaqətsizlikləri üzündən həyatını itirdi. Bu il həcc mərasimini həyata keçirmək üçün 64 iranlı zəvvar Ərəbistana yola düşmüşdü.

Teqlər