İran və Xorvatiya arasında iqtisadi, mədəni və elmi həmkarlıqlar zəmini mövcuddur
Okt 03, 2015 15:45 Asia/Baku
İran İslam Şurası Məclisinin sədri deyib ki, İran və Xorvatiya arasında iqtisadi, mədəni və elmi həmkarlıqlar zəmini mövcuddur.
IRNA-nın məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani şənbə günü Tehranda Xorvatiyanın Nümayəndələr Məclisinin sədri Yusip Leko ilə görüşdən sonra müxbirlər qarşısında əlavə edib: Xorvatiyanın Nümayəndələr Məclisinin sədri ilə müzakirədə müştərək investisiya sahələri barədə fikir mübadiləsi aparıldı və qərara alındı ki, bu çərçivədə müzakirərlər davam etdirilsin."Xorvatiya İranla dost ölkədir və iki ölkə arasında yaxşı həmkarlıq keçmişi mövcuddur" deyən Laricani ümidvarlıq edib ki, Xorvatiyanın parlament sədrinin İrana səfəri iki ölkə əlaqələrinin genişlənməsində təsirli olacaq.
İran İslam Şurası Məclisinin sədri həmçinin deyib: Xorvatiyanın Nümayəndələr Məclisinin sədri ilə görüşdə regionun vəziyyəti və terrorizm barədə müzakirə aparıldı və terrorizmlə mübarizədə İran Xorvatiya ilə yaxşı həmfikirliliyə malikdir.
Xorvatiyanın Nümayəndələr Məclisinin sədri Yusip Leko da iki ölkə əlaqələrini hətta sanksiya dövründə belə, yaxşı və səmərəli adlandırıb və deyib ki, İran mühüm böyük və təsiredici bir qüdrətdir.
Xorvatiyanın Nümayəndələr Məclisinin sədri əlavə edib: İran və Xorvatiya xalqları arasında qarşılıqlı anlaşma və hörmətə əsaslanan olduqca səmimi əlaqələr mövcuddur.
Xorvatiya Nümayəndələr Məclisinin sədri həmçinin kədərli Mina hadisəsi ilə bağlı İran xalqına başsağlığı verərək, bildirib ki, Xorvatiya xalqı digər xalqların dərdi və kədərini çox yaxşı dərk edir və böyük qəm və kədərlə bu xəbərləri dinləyir və izləyir.