Okt 03, 2015 18:27 Asia/Baku
  • İnqilab Rəhbəri bir qrup məhkumun əfv edilməsi ilə razılaşıblar
    İnqilab Rəhbəri bir qrup məhkumun əfv edilməsi ilə razılaşıblar

İslam İnqilabının Böyük Rəhbəri bir qrup məhkumun əfv edilməsi və ya cəzasının yüngülləşdirilməsi ilə razılaşıblar.

Qurban və Qədir-Xum bayramları münasibətilə İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei Ümumi və İnqilab Məhkəmələri, Hərbi Tribunal və digər məhkəmələr tərəfindən məhkum edilmiş 630 nəfərin azadlığa buraxılması və ya cəzasının yüngülləşdirilməsi təklifi ilə razılaşıblar.
İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadiq Amoli Laricani Qurban və Qədir-Xum bayramları münasibətilə İnqilab Rəhbərinə ünvanlanmış müraciətdə, Məhkəmə Hakimiyyətinin Amnistiya və Əfv Komissiyası tərəfindən vəziyyəti araşdırılan və barəsində müvafiq qərar çıxarılan 630 məhkumun bağışlanması və ya cəzasının yüngülləşdirilməsinı təklif edib ki, İnqilab Rəhbəri bu təklif ilə razılaşıblar.

Teqlər