Okt 07, 2015 14:03 Asia/Baku
  • İnqilab Rəhbəri mədəni hücum qarşısında mübarizəyə təkid edib
    İnqilab Rəhbəri mədəni hücum qarşısında mübarizəyə təkid edib

İslam İnqilabının Böyük Rəhbəri dövlər qurumları, qeyri-hökumət təşkilatlar və İran xalqını düşmənlər və əcnəbilərin mədəni hücumu qarşısında mübarizəyə çağırıblar.

Həzrət Ayətullühülzma Xamenei Çahar Mahal və Bəxtiyarı vilayəti şəhidləri konqresi qərargahının üzvləri ilə görüşdə deyiblər: İran İslam Respublikasında düşmənlərin etiqad və mədəni hücumlarını önləmək sahəsində yaxşı işlər görülüb. Amma, bu sahədə səylər daha da artırılmalıdır.
İslam İnqilabının Böyük Rəhbəri şəhadət anlamının yenidən bərpa edilməsini zəruri adlandıraraq, şəhid və şəhadətin dəyərinin qorunmasına təkid ediblər.
O həzrət buyurublar: Düşmən bütün vasitələrdən istifadə edərək, öz mədəni və siyasi istəklərini qəbul etdirmək, İran xalqının dini və siyasi etiqadını zəiflətmək, narazılıqları artırmaq və gəncləri hegemonçuluq quruluşunun maraqlarına xidmətə cəlb etmək ardıncadır və bununla mübarizə aparmaq lazımdır.

Teqlər