İran humanitar yardımlar tarixində öncül ölkədir
Okt 07, 2015 16:46 Asia/Baku
İranın daxili işlər naziri deyib: İran İslam Respublikası davamlı olaraq ən iri mühacir cəmiyyətinə qucaq açmasına görə, dünyanın humanitar yardımlar tarixində öncül ölkələrdən sayılır.
İranın daxili işlər naziri Əbdürrıza Rəhmani Fəzli çərşənbə axşamı Cenevrədə, BMT-nin qaçqın və köçkünlər üzrə ali komissarlığının yüksək səviyyəli rəsmilərinin 66-cı iclasında deyib: Əfqanıstan və İraq İrana olan mühacir axınının başlıca qaynaq nöqtəsi sayılır.İranın daxili işlər naziri daha sonra deyib: İranın humanitar yardımlar tarixində öncül ölkə olması onun dini inanclarına və İranın humanizm prinsipləri qarşısındakı öhdəliklərinə qayıdan bir məsələdir. Belə ki, İran kifayət qədər beynəlxalq yardımların olmadığı bir zamanda bu sahədə xeyli sərmayə qoyub.
Rəhmani Fəzli İranın mühacirlərə yardım üzrə səylərinə işarə edərək, deyib: mühacirlər İranda iş, təhsil və səhiyyə xidmətlərindən yüksək səviyyədə faydalanmaq fürsətinə malik olublar.
İranın daxili işlər naziri həmçinin, bir ölkə vətəndaşlarının digər ölkələrə üz tutması hadisəsinin səbəblərinə işarə edərək, deyib: sabitlik və təhlükəsizliyin olmaması, məişət problemləri bu insanların digər ölkələrə üz tutmasının başlıca səbəbidir.
İranın daxil işlər nazirinin dediyinə görə, Əfqanıstan və İraqda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi beynəlxalq ictimaiyyətin başlıca vəzifəsi sayılır və İran mühacirlərə ev sahibliyi etməklə yanaşı, daim İraq və Əfqanıstan dövlətlərinə, bu ölkələrdə sabitlik və təhlükəsizliyin təmin edilməsində kömək edir.
Rəhmani Fəzli əlavə edib: İranın bir neçə milyonluq mühacir axını qarşısındakı davranışının dəyəri, sadəcə bir neçə yüz min müharibə didərgininin Avropaya üz tutması ilə Avropa ölkələrinin ciddi problemlərlə üzləşdiyi zaman ortaya çıxmış olur.
Rəhmani Fəzlin dediyinə görə, Avropa ölkələrinin əksinə olaraq İran 8 il müharibənin çətin şəraitini təcrübə etdikdən sonra, habelə, zalımcasına olan sanksiyalara rəğmən milyonlarla əfqan mühaciri qəbul edib.