Beynəlxalq şirkətlər Tehranda neft müqavilələrinin təqdimatını gözləyirlər
https://azeri.sahartv.ir/news/İran-i198299-beynəlxalq_şirkətlər_tehranda_neft_müqavilələrinin_təqdimatını_gözləyirlər
İranın Milli Neft Şirkətinin rəsmisi bildirib: Neft və qaz sahəsində çalışan xarici şirkətlər Tehran konfransında İranın neft sənayesinin layihələrinin təqdimatını gözləyirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 09, 2015 08:37 Asia/Baku
  • Beynəlxalq şirkətlər Tehranda neft müqavilələrinin təqdimatını gözləyirlər
    Beynəlxalq şirkətlər Tehranda neft müqavilələrinin təqdimatını gözləyirlər

İranın Milli Neft Şirkətinin rəsmisi bildirib: Neft və qaz sahəsində çalışan xarici şirkətlər Tehran konfransında İranın neft sənayesinin layihələrinin təqdimatını gözləyirlər.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın Milli Neft Şirkətinin icraçı direktorunun müavini Əli Kardər ŞANA-ya verdiyi müsahibədə deyib: Çoxlu xarici şirkət İranın neft və qaz layihələrində iştirak etmək və neft müqavilələrinin detallarını öyrənməklə maraqlanmışdır.
Kardər bildirib: İranın neft müqavilələrinin yeni modelinin təqdimatı konfransı noyabr ayında Tehranda keçiriləcək və bu konfransdan öncəyə qədər yeni müqavilələr çərçivəsində yataqlarda səhmlərlə əlaqədar detallar elan olunmayacaq.