Tehranın imam cüməsi: Mina faciəsi üzrə faktaraşdırıcı komitə təşkil olunmalıdır
Okt 09, 2015 15:49 Asia/Baku
Tehranın cümə namazının xətibi Mina faciəsi və bu faciə qurbanlarının cəsədlərinə hörmətsizlik edən müqəssirlərin müəyyənləşməsi üçün faktaraşdırıcı komitənin təşkil olunmasını vacib adlandırıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Tehranın bu həftəki cümə namazının müvəqqəti imam cüməsi Höccətülislam vəlmüslimin Kazım Siddiqi Mina faciəsinin geniş cəhətlərinə toxunaraq bildirib: Dünya müsəlmanlarının ürəyini ağrıdan bu faciədən yaranan əzab-əziyyətlər bu tezlikdə sağalmayacaq.Höccətülislam vəlmüslimin Siddiqi Ali-Səudun builki Həcc mərasiminin tələfatının sayını gizlətməsini tənqid edərək bildirib: İran İslam Respublikası rəsmiləri builki həcc faciələrinin həqiqətlərini aşkarlamaq və belə hadisələrin təkrarlanmamasına həll yolu tapmaq üçün bütün səylərini göstərməlidirlər.
Tehranın bu həftəki cümə namazının xətibi Mina mərasiminin idarə olunmasındakı zəifliyi faciənin baş verməsinin əsas səbəblərindən adlandırıb və əlavə edib: Səudiyyə Ərəbistanı Həcc əməllərini nizamlı şəkildə keçirmək üçün heç bir təşəbbüs göstərməyib. Çünki bu günlər yalnız Yəmənlə müharibə və bu ölkənin günahsız vətəndaşlarını qırğın etməyi düşünür.
Bəzi beynəlxalq və islam dairələri, o cümlədən Fars Körfəzi Əməkdaşlıq Şurasının Mina faciəsi qarşısındakı passiv mövqeyini tənqid edən Höccətülislam vəlmüslimin Siddiqi deyib: Keçmiş təcrübələr göstərir ki, bu şura regionun ağır böhranlarında yalnız zəifə zülm etməkdən başqa bir addım atmayıb.
Tehranın cümə namazının xətibi əlavə edib: Müşahidələrə əsasən Mina faciəsindən sonra Ərəbistan polisinin heç bir yetərliliyi olmayıb, üstəlik hadisə yerinə gəlməyib və gəldikdən sonra da yaralı zəvvarlar və həlak olanlara qarşı sərt şəkildə davranıb.
Amerika, İngiltərə və sionist rejimin Ərəbistanı silahla dəstəkləməsinə toxunan Höccətülislam vəlmüslimin Siddiqi bildirib: Yəmən müharibəsi imperializm və sionizmin əvəzedici müharibəsidir. Belə ki, Ərəbistan tərəfindən müsəlmanların əli iliə müsəlmanları qətlə yetirmək və sonda islamın imicini korlamaq məqsədini daşıyır.
Tehranın bu həftəki cümə namazının xətibi Amerika qırıcı təyyarələrinin Əfqanıstanın Qunduz xəstəxanasına hücumunu müharibə cinayəti adlandırıb və deyib: Bu Amerikanın Əfqanıstandakı birinci və sonuncu cinayəti olmayıb və olmayacaq. Halbuki Amerika insan haqları iddiasındadır.
Tehranın bu həftəki cümə namazının müvəqqəti imam cüməsi sözlərinin davamında İran, İraq, Suriya və Rusiyanın Suriyada təkfirçi terrorçularla mübarizə üçün koalisiyasından razılıq edib və Amerika və müttəfiqlərinin Rusiya tərəfindən terrorçuların mövqelərinin bombalanmasına etiraz etmələrinə toxunaraq əlavə edib: Artıq dünyaya aydın olub ki, kimlər terrorçuları dəstəkləyir və kimlər onlarla mübarizə aparırlar.