İran dünyanın narkomaddələr qaçaqmalçılığına laqeyd yanaşmasını tənqid edib
https://azeri.sahartv.ir/news/İran-i198332-İran_dünyanın_narkomaddələr_qaçaqmalçılığına_laqeyd_yanaşmasını_tənqid_edib
İranın BMT-dəki nümayəndəsinin müavini dünyanın narkomaddələr qaçaqmalçılığına laqeyd yanaşmasını tənqid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 10, 2015 07:49 Asia/Baku
  • İran dünyanın narkomaddələr qaçaqmalçılığına laqeyd yanaşmasını tənqid edib
    İran dünyanın narkomaddələr qaçaqmalçılığına laqeyd yanaşmasını tənqid edib

İranın BMT-dəki nümayəndəsinin müavini dünyanın narkomaddələr qaçaqmalçılığına laqeyd yanaşmasını tənqid edib.

İranın BMT-dəki nümayəndəsinin müavini Qulamhüseyn Dehqani bu təşkilatın Baş Assambleyasının üçüncü komitəsində bildirib ki, İran tərəfindən zəbt olunmuş narkomaddələrin miqdarı dünyada nakrotik maddələrin aşkarlanması üzrə ən yüksək göstəricidir. O, Əfqanıstanda tiryək istehsalı və xaşxaş əkininin durmadan artması, həmçinin dünya ictimaiyyətinin bu problemlə mübarizəyə diqqət göstərməməsi və narkomaddələrin tranzit olunduğu ölkələrə köməkdə səhlənkarlıq etməsini tənqid edib.
İranın BMT-dəki nümayəndəsinin müavini İranın aşkarlanmış və zəbt olunmuş narkomaddələrin miqdarı cəhətdən dünyada ən yüksək göstəriciyə malik olduğunu bildirərək, narkomaddələr qaçaqmalçıları ilə mübarizədə İranın hüquq-mühafizə qüvvələrinin təqribən dörd min şəhid və on iki min yaralı verdiyini qeyd edib və deyib ki, qaçaqçılar sadə adamlar deyildirlər; onlar əlləri İranın hərbi və polis qüvvələrinin qanlarına bulaşmış cinayətkarlardırlar.
Qulamhüseyn Dehqani habelə narkomaddələr qaçaqmalçıları ilə terror qruplarının xərclərinin təmini arasındakı bağlılığa və bu məsələnin dünya ictimaiyyəti üçün olacaq nəticələri barədə xəbərdarlıq edib.