Nüvə anlaşmasının külliyyatı İran İslam Şurası Məclisində təsdiq edildi
https://azeri.sahartv.ir/news/İran-i198373-nüvə_anlaşmasının_külliyyatı_İran_İslam_Şurası_məclisində_təsdiq_edildi
İran İslam Şurası məclisinin üzvləri nüvə anlaşmasının icrası ilə bağlı İran dövlətinin münasib və qarşılıqlı addımı layihəsinin külliyyatını 139 lehinə, 100 əleyhinə və 12 bitərəf səs ilə qəbul ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 11, 2015 12:04 Asia/Baku
  • Nüvə anlaşmasının külliyyatı İran İslam Şurası Məclisində təsdiq edildi
    Nüvə anlaşmasının külliyyatı İran İslam Şurası Məclisində təsdiq edildi

İran İslam Şurası məclisinin üzvləri nüvə anlaşmasının icrası ilə bağlı İran dövlətinin münasib və qarşılıqlı addımı layihəsinin külliyyatını 139 lehinə, 100 əleyhinə və 12 bitərəf səs ilə qəbul ediblər.

İran İslam Şurası Məclisinin üzvləri bu gün bazar, Parlamentin plenar iclasında nüvə anlaşmasının icrası ilə bağlı İran dövlətinin münasib və qarşılıqlı addımı layihəsinin tərəfdarları və müxaliflərinin nəzərlərini habelə, hökumət nümayəndəsi olaraq İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi və İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdinin çıxışlarını dinlədikdən sonra "İran dövlətinin nüvə anlaşmasının icrası müqabilində münasib və qarşılıqlı addımı" layihəsinin külliyyatın birinci oxunuşda təsdiq ediblər.
Bu layihənin yekun formada öz təsdiqini tapmasından sonra, İran dövləti nüvə anlaşması ilə bağlı Hərətərfli Müştərək Addım Proqramını İranın Ali Milli Təhlükəsizlik Şurasının qərarları çərçivəsində könüllü formada icra edə bilər.