"İslam İnqilabının Böyük Rəhbərinin baxışından Fələstin" adlı kitab nəşr olunub
Okt 11, 2015 20:21 Asia/Baku
-
"İslam İnqilabının Böyük Rəhbərinin baxışından Fələstin" adlı kitab nəşr olunub
"İslam İnqilabının Böyük Rəhbərinin baxışından Fələstin" adlı kitab nəşr olunub.
IRNA-nın məlumatına görə, "İslam İnqilabının Böyük Rəhbərinin baxışından Fələstin" adlı kitab Həzrət Ayətullahuluzma Xameneinin İslam İnqilabının qələbəsindən sonra Ümumdünya Qüds Günü mərasiminin keçirilməsinin ikinci ilində Tehranın cümə namazı xütbələrindəki bəyanatlarını nəşr etməkdən əlavə, daha səkkiz bölmədə də hazırlanıbdır.Bu kitabın bölmələrindən külliyyat, məğlubiyyətlər və qələbələr, məsuliyyətlər, cinayətlər, həll yolları, qəhrəmanlar, aydınlıq gətirmə və aydın gələcək bölmələrinə işarə etmək olar ki, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin Fələstin məsələsi haqdakı bəyanatlarına nəzər salır.
Bu əsərdə Əli Əkbər Vilayətinin müqəddiməsində deyilir: Birinci dünya müharibəsindən öncə və Sultan Əbdülhəmid Osmaninin zamanında bir qrup yəhudi lideri ona təklif edir ki, Fələstin torpağını dünya yəhudilərinin məskunlaşmaları üçün onlara satsın! Onun onlara verdiyi cavab bir osmanlı müstəbid sultanda islami qeyrətin qalığını göstərir.