Okt 12, 2015 10:10 Asia/Baku
  • BƏƏ səfirliyinin müvəqqəti işlər vəkili İİR XİN-ə çağırılıb
    BƏƏ səfirliyinin müvəqqəti işlər vəkili İİR XİN-ə çağırılıb

İran Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində bir neçə iranlı müəllimin həbs olunmasının ardınca həmin ölkənin Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkilini çağırıb.

İran Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkilini çağırmaqla, həmin ölkədə iranlı məktəblərin bir neçə illik fəaliyyəti və qanuni işinə rəğmən, iranlı müəllimlərin həbs olunmalarından nigaranlıq edib və müəllimlərin tez bir zamanda azadlığa buraxılmalarını istəyib.
Birləşmiş Ərəb Əmirliklərinin Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili də vurğulayıb ki, iranlı müəllimlərin azad edilmələri məsələsini təcili surətdə ölkəsinin rəsmiləri ilə izləyəcək.
O, bildirib ki, bu doqquz müəllimin iş icazəsi Dubay üçün olub və hələ bu şəxslərin Əbu-Dəbidə məşğulluqları üçün bir icazə verilməyibdir.
Qeyd edək ki, bu müəllimlər ötən illərdən Dubay ilə bağlı əmək və məskunlaşma icazəsi ilə adi qaydada Əbu-Dəbidə də tədris edirdilər və bu sahədə problemləri yox idi.
İran xarici işlər nazirinin konsulluq məsələləri üzrə müavini Həsən Qəşqavi və İran Təlim və Tərbiyə Nazirliyinin Beynəlxalq Məsələlər və Ölkə Xaricindəki Məktəblər üzrə Mərkəzinin direktoru Xəlilullah Babalı da bildiriblər ki, Birləşmiş Ərəb Əmirliklərində iranlı müəllimlərin həbs olunmaları və onların azad edilmələri məsələsi izlənilir və bu barədə məşvərətlər aparılmaqdadır və proqnoz edilir ki, bu müəllimlər bazar ertəsi günü azad ediləcəklər.

Teqlər