İran sionist rejimin Fələstin xalqına qarşı hərəkətlərinin şiddətlənməsinə reaksiya verib
https://azeri.sahartv.ir/news/İran-i198410-İran_sionist_rejimin_fələstin_xalqına_qarşı_hərəkətlərinin_şiddətlənməsinə_reaksiya_verib
İran Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin Fələstin xalqına qarşı hərəkətlərinin şiddətlənməsi, İordan çayının qərb sahili və Qəzzə zolağında onlarla fələstinli gəncin yaralanması və həbs olunmasını pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 12, 2015 08:05 Asia/Baku
  • İran sionist rejimin Fələstin xalqına qarşı hərəkətlərinin şiddətlənməsinə reaksiya verib
    İran sionist rejimin Fələstin xalqına qarşı hərəkətlərinin şiddətlənməsinə reaksiya verib

İran Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin Fələstin xalqına qarşı hərəkətlərinin şiddətlənməsi, İordan çayının qərb sahili və Qəzzə zolağında onlarla fələstinli gəncin yaralanması və həbs olunmasını pisləyib.

Mərziyyə Əfxəm sioinist rejimin işğal olunmuş ərazilərdəki hərəkətlərinin şiddətlənməsini Fələstin xalqının etiraz səsini susdurma məqsədli adlandırıb və sionist rejim tərəfindən Qüdsün və Məsciduləqsa xüsusiyyət təşkil etməklə onun müqəddəs məkanlarının yəhudiləşdirilməsi siyasətinin davam etdirilməsindən nigaranlıq edib.
Əfxəm beynəlxalq məsul orqanları, müsəlman xalq və dövlətləri işğalçı sionist rejimin cinayətlərinin dayandırılması üçün ciddi və təcili reaksiya göstərməyə çağırıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin sionist qəsəbə sakinlərinin Məsciduləqsanın səhnlərinə basqınları və müsəlmanların bu məscidə daxil olmalarını əngəlləmələrini pisləyərək, vurğulayıb ki, sionist rejim heç bir vəchlə Məsciduləqsanı bölmək və işağal etmək haqqına malik deyil və Məsciduləqsanın məkan və zaman cəhətdən bölünməsi qəbuledilməz və məhkumdur.