İran və İraq başçılarının İmam Hüseyn(ə) Ərbəini barədə iclası
Okt 13, 2015 15:13 Asia/Baku
İraqın üçüncü və dördüncü məntəqələri komandanlarının İranın Xuzistan ostanıının sərhəd qoşunları komandanı ilə İmam Hüseyn(ə) Ərbəini mərasimi üçün iki ölkənin tədbirləri barədə ikinci iclası keçirilib.
IRIB-nin məlumatına görə, Xuzistan ostanının Həcc və Ziyarət Təşkilatının baş müdiri Nasir Huveyzavi İraqın üçüncü və dördüncü məntəqələri komandanlarının İranın Xuzistan ostanıının sərhəd qoşunları komandanı ilə Xürrəmşəhrdə keçirilən ikinci iclasında iraqlı rəsmilərdən istəyib ki, bu il İmam Hüseyn(ə) Ərbəini mərasimində vaxtlı yerdəyişmə və zəvvarların köçürülməsi üçün nəqliyyat vasitələrinin yerləşdirilməsinə icazə verilsin.Xuzistan ostanıının Dəşte Azadeqan şəhərinin icra başçısının müavini Fərid Səmak da İraq ilə İranın iş saatlarının bir-biri ilıə uyuşmamasını İraq sərhədində iki əsas problem adlandırıb və rəsmilərdən istəyibdir ki, İmam Hüseyn(ə) Ərbəininə yaxın günlərdə bir-biri ilə ahəngdar olsunlar.
İranın Həcc və Ziyarət Təşkilatının Müqəddəs Ziyarətgahlar şöbəsinin baş müdiri Mohsen Nezafəti də son zamanlar bildirib ki, bu təşkilat İmam Hüseyn(ə) Ərbəini zəvvarlarının sanitariya işləri, məskunlaşmaları, qidalandırılmaları və nəqliyyatı üçün mərkəzi qərargah yaradıbdır.
1437-ci hicri qəməri ili səfər ayının 20-si, 2015-ci il dekabrın 2-si, dünya şiələrinin üçüncü imamı İmam Hüseyn(ə)-ın şəhadətinin qırxıncı gününə təsadüf edir və bu gün, İmam Hüseyn(ə) Ərbəini günü adlanır.