İran İslam Respublikası prezidenti region ölkələrinin əməkdaşlığını istəyib
https://azeri.sahartv.ir/news/İran-i198469-İran_İslam_respublikası_prezidenti_region_ölkələrinin_əməkdaşlığını_istəyib
İran prezidenti televiziya vasitəsilə etdiyi canlı çıxışında terrorizm ilə mübarizədə əsas dayaq nöqtələri sayılan sabitlik, təhlükəsizlik və iqtisadi rövnəq üçün region ölkələrinin əməkdaşlığa çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 14, 2015 08:52 Asia/Baku
  • İran İslam Respublikası prezidenti region ölkələrinin əməkdaşlığını istəyib
    İran İslam Respublikası prezidenti region ölkələrinin əməkdaşlığını istəyib

İran prezidenti televiziya vasitəsilə etdiyi canlı çıxışında terrorizm ilə mübarizədə əsas dayaq nöqtələri sayılan sabitlik, təhlükəsizlik və iqtisadi rövnəq üçün region ölkələrinin əməkdaşlığa çağırıb.

İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə axşamı televiziya vasitəsilə İran xalqına etdiyi müraciətində İslam İnqilabının Böyük Rəhbəri, İslam Şurası Məclisi və xalqa, nüvə müzakirələrinin yekun nəticəsi olan Hərtərəfli Müştərək Addım Proqramını himayə etmələrinə görə təşəkkür edib.
İRNA-nın məlumatına görə Ruhani deyib: Hərtərəfli Müştərək Addım Proqramının formalaşmasında rolu olan bütün tərəflərə və yorulmaz səylərinə, davamlı müqavimətinə və mübarizəsinə o cümlədən ötən 12 il ərzində xüsusilə də son iki ildə dünyanın 6 qüdrəti ilə müzakirə aparan tərəfləri himayə etməsinə görə İran xalqına təşəkkür edirəm.
İran prezidenti əlavə edib: Qərb rəsmiləri sanksiyalar şəraitində bizim ölkə iqtisadiyyatına düzəlişlər etdiyimizi və quruculuqla məşğul olduğumuzu, ölkə iqtisadiyyatının inkişafı üçün münasib şərait yaratdığımızı gördülər və bu, bizim müzakirələrdə qarşı tərəfə göstərmək istədiyimiz bir məsələ idi. Bununla onlara bildirdik ki, sizin sanksiyalarınız faydasızdır və onu bir kənara qoymalısınız.
Ruhani əlavə edib: İndi də iqtisadiyyat sahəsində düzgün hərəkət edərsək, bu sanksiyalar bir daha geri qayıtmayacaq.
İran prezidenti "nə üçün sanksiyaları ləğv etdilər?" sualını irəli sürərək, deyib: Çünki, sanksiyaların təsirsiz olduğunu gördülər. Deməli, biz sanksiyaları həmişəlik olaraq ölkəmizdən uzaqlaşdırmaq üçün, İnqilab Rəhbərinin buyurduqları kimi "müqavimət iqtisadiyyatı"nı düzgün formada icra və düşməni məyus etməliyik. Yəni, biz iqtisadiyyat sahəsində önləyici tədbirləri davam etdirməliyik ki, qarşı tərəf sanksiyaların təsirsizliyini hiss etsin.
Ruhani son Mina faciəsi haqda da dedi: Ərəbistan rəsmilərinin tədbirsiz davranmasına görə, təəssüflər olsun ki, müxtəlif müsəlman ölkələrindən olan minlərlə kişi və qadın bu faciədə həyatını itirdi.
Ruhani əlavə edib: Bu acı hadisənin səbəbləri İslam Dünyası və bizim xalqımız üçün aydın formada izah edilməli, Həcc mərasiminin gələcəyi və qarşıdan gələn illərlə bağlı vəziyyətdə aydınlıq gətirilməlidir.
İran prezidenti sonda region ölkələrini terrorizm ilə mübarizədə əsas dayaqlar hesab olunan sabitlik, təhlükəsizlik və iqtisadi rövnəq üçün əməkdaşlığa çağırıb.