Okt 15, 2015 18:44 Asia/Baku
  • Nüvə Anlaşmasında hökumətin münasib və qarşılıqlı addımı qanunu prezidentə elan olunub
    Nüvə Anlaşmasında hökumətin münasib və qarşılıqlı addımı qanunu prezidentə elan olunub

İran İslam Şurası Məclisinin sədri Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası üzrə İran İslam Respublikası hökumətinin mütənasib və qarşılıqlı addımı qanunu elan edib.

Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadla verdiyi məlumata görə, İslam Şurası Məclisinin sədri Əli Laricani bir məktubda Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası üzrə İran İslam Respublikası hökumətinin mütənasib və qarşılıqlı addım qanunu icra üçün İran İslam Respublikası prezidenti Həsən Ruhaniyə elan edib.
İran Konstitusiyasına Nəzarət Şurasının katibi Ayətullah Əhməd Cənnəti bir məktubda İslam Şurası Məclisinin sədrinə bildirmişdi ki, Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası üzrə İran İslam Respublikasının mütənasib və qarşılıqlı addımı barədə parlamentin qərarı Nəzarət Şurası tərəfindən təsdiq edilmişdir. Bunun ardınca isə bu bildiriş İran prezidentinə elan olunub.
Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası üzrə İran İslam Respublikası hökumətinin mütənasib və qarşılıqlı addım qanunun bütün detalları millət vəkilləri tərəfindən qəbul olunub və ötən gün Nəzarət Şurası da parlamentin qərarını heç bir dəyişiklik olmadan təsdiqləyib.

Teqlər